General işdən çıxarıldı - Yeni təyinat

img

21-03-2016 [23:33]


Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub. 

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb. 

X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir. 

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: "Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA