Müdafiə Nazirliyi əsgərimizin yaralanması ilə bağlı məlumat yayıb

img

18-03-2010 [03:17]


Müdafiə Nazirliyi martın 17-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində N saylı hərbi hissənin əsgəri Əliyev Mustafa Aslan oğlu yaralanması ilə bağlı məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, əsgər Əliyev Mustafa Aslan oğlu hazırda hospitaldadır, vəziyyəti kafidir. Məlumatda o da bildirilir ki, bu gün bəzi KİV-də yaralanmış əsgərin dünyasını dəyişməsi barədə məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA