Bu dövlət qurumları ləğv oluna bilər - Siyahı

img

19-03-2016 [23:17]


Prezident İlham Əliyev hökumətdə struktur islahatlarını davam etdirir. Ölkə başçısnın sonuncu fərmanı (18 mart 20106-ci tarixli) ilə Dövlət Sosial Müdafiə Fondu ayrıca qurum kimi ləğv olunub və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Fərmanla bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Mia.az-ın məlumatına görə, ölkə başçısının fərmanını alqışlayan iqtidaçı ekspert, keçmiş deputat Nazim Məmmədov islahatın davam etdirilməsini vacib sayır: «Sosial sığortahaqqını və gəlir vergisini birləşdirib, 20 faizlik sosial vergi tətbiq etmək və onun yığımını Vergilər Nazirliyinə vermək lazımdır. Gömrük Komitəsini xidmətə çevirərək, Vergilər Nazirliyinə birləşdirməksə növbəti addım olmalıdır».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA