Zakir Həsənov hərbi hospitalda - Fotolar

img

19-03-2016 [22:12]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hospitalın korpuslarına baş çəkən müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.

Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə Z. Həsənovun göstərişinə əsasən 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı hərbi hospitalın təminatına verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Zakir Həsənov hərbi hospitalda -  Fotolar
Zakir Həsənov hərbi hospitalda -  Fotolar
Zakir Həsənov hərbi hospitalda -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA