İstanbulda partlayış: 5 ölü, 20 yaralı - CANLI YAYIM + FOTOLAR

img

19-03-2016 [14:55]


Türkiyənin İstanbul şəhərinin Beyoğlu səmtində partlayış meydana gəlib.

Musavat.com xəbər verir ki, hadisə İstiqlal küçəsində baş verib. İlkin məlumatlara görə, iki nəfər yaralanıb.

Xəbər verilir ki, çoxlu sayda təcili tibbi yardım maşınları əraziyə göndərilib.

Verilən məlumata görə, küçəyə aparan yollar təhlükəsizlik qüvvələri tərəfindən başğlanaraq mühasirəyə alınıb.

Milliyet.com.tr saytı partlayış zamanı yaralananlarla yanaşı, ölənlərin də olduğunu yazıb.

Başqa mənbələr 2 nəfərin öldüyünü, 7 adamın yaralandığını qeyd edirlər.

Hürriyet qəzeti partlayışın canlı bomba tərəfindən törədildiyini yazıb.

**** 13:53 ****

Bu dəqiqəyə olan məlumata görə, 2-si ağır, 10 yaralı Şişli xəstəxanasına gətirilib. Ölən 2 nəfərdən birinin terrorçunun özü olduğu bildirilir.

Yaralıların sayı 18 nəfər çatıb.

Canlı bomba erken patladı iddiası

14.01

İstanbul valisi Vasip Şahin bildirib ki, ölənlərin sayı 4, yaralıların sayı isə 20-dən artıqdır. Vali deyib ki, canlı bombanın əsl məqsədi partlayışı başqa yerdə törətmək törətmək olub, ancaq hədəfinə çatmadan partlayış törədilib.

***

14.10.

Terror aktı ilə bağlı olaraq olay yerindən canlı yayım verilməsi yasaqlanıb. Küçə tamamilə qapadılıb. İş yeri bu küçədə olanlar uzaqlaşdırılıb.

14.20.

Verilən məlumata görə, Taksimdə partlayış törədən terrorçu 30-35 yaşlarında kişidir. Onun bədənini tamamilə parça-parça olub. Kimliyi araşdırılır.

Yaralılar arasında üç İsrail vətəndaşının olduğu bildirilir.

14.27

Partlayış zamanı ölənlərinin sayının artıq 5 olduğu bildirilir.

Aygün SƏFƏRLİ
Musavat.com







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA