Bakıda sürücü ilə yol polisi arasında - Əlbəyaxa dava

img

19-03-2016 [12:34]


Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb.

Hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində baş verib. Bakı sakini Tural Zeynalov özünə məxsus "Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə təhlükəli idarə etdiyi üçün ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün əməkdaşları Nazim Əzizov və Bərşad Adıgözəlov tərəfindən saxlanılıb.

Sürücü T.Zeynalov polis əməkdaşlarına qarşı zorakılıq hərəkətləri edərək onlara xəsarət yetirib, başı ilə vuraraq polislərin xidməti avtomobili olan "Fiat Doblo”nun şüşəsini sındırıb. T.Zeynalov saxlanılıb, Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA