Nəsimi rayon İcra Hakimiyyətindən əsgərlərə bayram töhvəsi - Fotolar

img

19-03-2016 [11:52]


Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilib.

İH-dən Mia.az-a daxil olan məlumata görə, hospital rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Kamil Seyidəliyev tədbir iştirakçılarını salamlayaraq, əsgərləri Novruz Bayramı münasibəti ilə təbrik edib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin cəbhə bölgəsində xidmət edən əsgərlərin qonağı olduğu üçün təşəkkür edən polkovnik-leytenant bu kimi tədbirlərin əsgərlərə hər zaman motivasiya olduğunu bildirib.

Tədbirdə incəsənət ustaları Musa Musayev, Təranə Qumral, Zahid Qubadlı, Tural Salmanov və H.Sarabski adına Mədəniyyət Evinin "Süzən sonalar” rəqs kollektivinin çıxış edib.

Nəsimidən əsgərlərə bayram töhvəsi -  Fotolar
Nəsimidən əsgərlərə bayram töhvəsi -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA