Rusiyada dəhşətli təyyarə qəzası - 62 nəfər öldü+Video

img

19-03-2016 [11:26]


Rusiyada Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.
Mia.az "qafqazinfo”ya istinadən xəbər verir ki, qəza təyyarə hava limanına eniş edərkən baş verib. Məlumata görə, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə yerə çırpılıb və partlayış baş verib.

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub.

Qəzaya uğrayan "flydubai” aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsində ekipaj üzvləri daxil olmaqla 62 nəfər (bəzi mənbələr isə 61 nəfərin olduğunu qeyd edir) olub. Onların hamısının həlak olduğu deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA