İcra başçısı 300 nəfəri qəbul etdi, məmurlara tapşırıq verdi - FOTO

img

18-03-2016 [19:53]


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Rvo kəndində keçirib.

Bu barədə Mia.az-a verilən məlumata görə, görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri, 300 nəfər kənd sakini iştirak edib.

Görüşü giriş sözü ilə açan İcra başçısının Rvo inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Şərbətov ərazi barədə məlumat verib, əhalinin məşğuliyyəti, görülən işlər və bir sıra mövcud problemlər barədə söhbət açıb.

Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov inzibati ərazi dairəsində aparılmış abadlıq-quruculuq işləri barədə danışıb, bəzi problemləri diqqətə çatdırıb.

Kənd sakinlərindən Tehran Həsənov, Arif Məmmədov, Emin Quliyev və başqaları bir sıra təkliflər irəli sürüblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hamıya ən xoş və səmimi arzularını çatdırıb.

Görüşü yekunlaşdıran İcra başçısı ölkədə hökm sürən siyasi sabitliyin, dinamik inkişafın Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə əhalinin sosial problemlərinin həllinin ən ümdə vəzifə olduğunu söyləyən natiq bu istiqamətdə nəzərdə tutulan işlərdən geniş bəhs edib. İcra başçısı dövlət başçısı tərəfindən anti-böhran tədbirlərinin misilsiz əhəmiyyətini qeyd edərək ictimai asayişin hamılıqla qorunmasının vacibliyini bildirib və bütün sakinləri Prezidentin ərtrafında sıx birləşməyə, ictimai-siyasi vəziyyətin sabitliyini qorumağa çağırıb.

İcra başçısı sonda Rvo inzibati ərazi dairəsinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində nəzərdə tutulan tədbirləri qeyd etməklə bərabər, bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA