18-03-2016 [16:50]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft” ASC) tabeli qurumları tərəfindən xidməti ərazilərdə 2016-cı ilin 3 ayında ümumilikdə 160 min 390 ədəd ağac və kol bitkisi əkilib.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, bunun 84 min 390 ədədi 81 hektar yeni əkin sahəsində, digər 76 mini isə əvvəlki illərin 185 hektarlıq əkin yerlərində doldurma-bərpa işləri aparılmaqla həyata keçirilib.
Belə ki, Suraxanı rayonu Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafındakı ərazilərdə son aylarda 55 hektar sahədə 45 min 175 ədəd ağac əkilməklə yeni yaşıllıqlar salınıb. Respublikanın digər magistral avtomobil yollarının ətrafında, o cümlədən Bakı-Astara və Bakı-Quba magistral avtomobil yolunun Ələt-Salyan və Siyəzən-Şabran hissələrində yeni suvarma sistemləri qurulmaqla Ələt-Salyan yolunda 8 hektarda 6 min 664 ədəd, Siyəzən-Şabran yolunda isə 3 hektarda 2 min 550 ədəd ağac əkilərək yaşıllıqlar salınıb.
Bakı-Şamaxı və Bakı-Qazax magistral avtomobil yollarının ətrafında əvvəlki illərdə salınmış yaşıllıqlarda isə doldurma-bərpa işləri aparılıb və bu işlərə 76 mindən çox ağac və kol bitkisi sərf edilib.
Eyni zamanda "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakının Səbail rayonu Bayıl yamacı-20-ci sahə ətrafında da (Bibiheybət hissəsi) ərazilərin yaşıllaşdırılması işləri davam etdirilib. Səbail rayonu Bayıl yamacı-20-ci sahə ətrafında 2014-cü ildən 2016-cı ilin I rübünədək yaşıllıqların ümumi sahəsi 72 hektara, əkilmiş ağacların sayı 463 min 274 ədədə çatdırılıb, o cümlədən 2016-cı ilin yazında 15 hektarda 30 min ədəd müxtəlif cinsli ağac əkilib, bütün ərazilər müasir damcılı suvarma sistemləri ilə təchiz olunub.
Ümumilikdə ASC tərəfindən xidməti ərazilərdə 2008-ci ildən 2016-cı ilin I rübünədək 3 min 740 hektarda 4 milyon 796 min 100 ədəd ağac və kol bitkisi əkilib və bunun 1 milyon 258 mini zeytundur.
Keyfiyyətli əkin materiallarının yetişdirilməsi sahəsində də "Azəryaşlandşaft” ASC tərəfindən uğurlu və sabit iş aparılır. 2016-cı ilin ilk aylarından ASC-nin tingliklərində 282 min ədədi dibçək və paketlərdə olmaqla ümumilikdə 342 min ədəd müxtəlif cinsli ağac, kol bitkilərinin toxmacar və tinglərin yetişdirilməsinə başlanılıb. 877 min ədəd müxtəlif cinsli ağac və kol bitkilərinin çilingi kökləndirilmək üçün xüsusi quraşdırılmış, suvarma və qızdırıcı sistemlərlə təmin edilmiş istixanalarda ləklərə basdırılıb. Bu çilinglərin 819 min ədədi zeytundur. Bundan əlavə, Eldar şamı, zeytun, sərv, Şərq çinarı, akasiya, şirin badam, daş palıd və digər qiymətli ağac və kol cinslərinin toxumları tədarük edilərək tingliklərə səpilib. Əkin materiallarının yetişdirilməsi ASC-yə 2016-cı ilin payızından başlayaraq özünü keyfiyyətli, kökü bağlı əkin materialları ilə təmin etməyə və yaşıllıqların maya dəyərinin aşağı salınmasına imkan verəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi