Bayram günü Bakıda yollar bağlanacaq

img

18-03-2010 [01:57]


Bayram günündə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi Novruz bayramı münasibəti ilə 19 mart saat 24:00-dan 20 mart 16:00-dək keçiriləcək tədbir zamanı Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağı barədə məlumat yayıb. Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bağlanacaq küçə və prospektlərin siyahısı KİV vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Sihahı isə aşağıdakı kimidir. - Yusif Səfərov küçəsindən başlayaraq Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti, sağa Zərifə Əliyeva küçəsi, sola Rəsul Rza küçəsi, sağa Neftçilər prospekti-Əziz Əliyev küçəsi, Azneft meydan, Bakı Gəmi Təmiri zavodunun qarşısına qədər: oradan sola Əl Oyunları sarayı, Milli Park da daxil olmaqla, dəniz limanınadək qapanan dairə daxilində bütün növ nəqliyyatın hərəkəti qadağan olunacaq. - Əlavə olaraq, hərəkət istiqamətləri Teleteatrın qarşısından N. Nərimanov abidəsi tərəfə, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Gənclər meydanı, Qoşa Qala qapısından isə 5-mərtəbə tərəfə dəyişdiriləcək. - Səbail meydanı tərəfdən gələn nəqliyyat vasitələri Bakı Gəmi Təmiri zavodunun qarşısından geri qaytarılacaq. - Bayıldan Gülüstan sarayı və 40-pilləkən tərəfə nəqliyyatın hərəkəti dayandırılacaq. - Cavanşir körpüsündən gələrək Üzeyir Hacıbəyovla hərəkət edən nəqliyyat vasitələri yalnız sağa-R.Behbudov küçəsinə döndəriləcək. - Azadlıq prospekti, Bülbül prospekti, Səməd Vurğun küçəsi ilə Milli Park istiqamətinə nəqliyyat vasitələri buraxılmayacaq. Bu küçələrlə hərəkət edən nəqliyyat vasitələri R. Behbudov, Füzuli və S. Əsgərova küçələrindən geri qaytarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA