18-03-2016 [12:52]
Milli Məclisin bu gün keçirilən iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
MİA Modern.az-a istinadən xəbər verir ki, Milli Məclis sədrini birinci müavini Ziyafət Əsgərov məlumat verərək qeyd edib ki, sözügedən konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: "Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq.
Düzəlişlərə müvafiq olaraq konvensiyanın preampulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub.Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin föhqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur”.
Deputat Bəxtiyar Əliyev bildirib ki Ermənistan tərəfindən atom elektrik stansiyasının tullantılarının işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırılır. "Azərbaycanın təkidi ilə ATƏT-in Fakt Araşdırıcı Missiyası orada olub və bu faktın mümkünlüyünü qeyd edib. Ermənistan silhalı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Orada narkotik maddələrin hazırlanması, terror dəstələrin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir”.
Deputat qeyd edib ki, Azərbaycan bu konvensiyaya düzəlişi qəbul etməklə sülhün, sabitliyin tərəfdaşı olduğunu göstərib. "Azərbaycan bölgədəki münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin güc tətbiq edilərsə, cavab verməyə də hazırdır”.
Deputat Azay Quliyev konvensiyaya düzəlişin, yaxın zamanlarda Vaşinqtonda 4-cü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcəyi ərəfədə edildiyini xatırladıb . "Prezident həmin sammitdə iştirak edəcək. Bu ilk növbədə onun göstəricisidir ki, Azərbaycan təhlükəsizlik sistemində əsas ölkələrdən biridir. Azərbaycan Prezidentinin belə bir tədbirdə iştirakı Azərbaycan dövlətçiliyinə münasibət və Azərbaycan Prezidentinin beynəlxalq miqyasda qazandığı qiymətdir”.
Deputat həmçinin dünən Prezident tərəfindən imzalanan əfv sərəncamının humanist addım kimi qiymətləndirib. "Bu sərəncamın əhəmiyyəti ondan ibarətdir ki, hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da əfv edilib. Bu böyük humanist addımdır. Bu onu göstərdi ki, istənilən problem dialoqla həll edilə bilər. Bu, işçi qrupuna böyük etimadı göstərir.
Bu şəxsləri əfv etməklə göstərildi ki, yalnız və yalnız hər hansı məsələnin həlli ilə bağlı dövlətə və dövlət başçısına etimad göstərilməlidir. Xaricdən kömək gözləməməlidirlər. Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz. ATƏT-in prezidenti, AŞPA-nın prezidenti və digər beynəlxalq təşkilatlar bu əfv sərəncamını çox yüksək qiynmətləndirdilər”.
Spiker Oqtay əsədov Əfv sərəncamının dünən mətbuat orqanlarında geniş işıqlandırılmasına diqqət çəkməklə yanaşı, eyni zamanda Milli Məclisin iclası ilə bağlı yazılan səhv məlumata da reaksiya verib. "Milli Məclis ayda iki dəfədən az olmayaraq iclas keçirə bilər. İclasa bir məsələ də daxil edilə bilər, beş məsələ də. Xüsusi və ya növbədənkənar iclasın da keçirilməsi nə deməkdir? Növbədənkənar iclas sessiya qapandıqdan sonra çağırıla bilər.
Əgər sessiya müddəti bitməyibsə ay ərzində iclaslar keçirilə bilər. Amma dünən bütün mətbuat orqnaları səhv məlumatlar verirdilər. Çoxları fikirləşdi ki, yəqin aləm dağılıb. Hər məsələni də belə şişirtmək olmaz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi