Toy günü arvadını öldürdü - Dəhşətli qətl

img

18-03-2016 [11:01]


Ucarda dəhşətli qətl törədilib.

Mia.az xəbər verir ki, Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Hadisəni törədən R. Nəsirov saxlanılıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA