Novruz ərəfəsində “Azercell”dən 2 yeni kampaniya

img

18-03-2016 [11:02]


"Azercell Telekom” Novruz bayramı münasibətilə SimSim və eləcə də, fakturalı xətt abunəçiləri üçün sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır.

Bayram ərəfəsində SimSim abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə"Samsung J1 Ace” mobil telefonu təqdim olunur. Kampaniya çərçivəsində Kombo 8 və ya Kombo 16 tariflərindən birinə qoşulmaqla, abunəçilər "Samsung J1 Ace” modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər.

Digər kampaniyanın şərtlərinə görə, martın 18-dən aprelin 18-dək "Samsung S7” mobil telefonu əldə edən abunəçilər növbəti 6 ay ərzində "Azercell”dən 5GB mobil internet hədiyyə qazanacaqlar.

Kampaniyalar Azercell Diler şəbəkələrində və eləcə də bütün Azercell Ekspres ofislərində keçərlidir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA