Ekoloji qanunvericiliyin tələblərini pozanlara görə 168 akt və protokol tərtib olunub

img

18-03-2010 [01:18]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 16-28 fevral tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 168 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 göstəriş verilib. Ümumilikdə 64 iş üzrə 78820 manat məbləğində cərimə tətbiq edilib, ondan 4891,42 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 43 iş üzrə 15355,55 manat məbləğində iddia qaldırılıb, ondan 3790,56 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 79 iş üzrə 552891,88 manat məbləğində ödəmə tətbiq edilib, ondan 41835,37 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işə, məhkəmələrə göndərilmiş 25 işə baxılmayıb, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 43 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA