Bu şəxslərin maaşları artırıldı - Prezident sərəncam imzaladı

img

17-03-2016 [18:41]


Azərbaycan prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA