17-03-2016 [15:23]
Düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Xalq artisti, şou-biznesdə primadonna titulu ilə müğənnilərin qəniminə çevrilən İlhamə Quliyeva bu sözlərdən sonra heç dörd ay da yaşamadı. Şou-biznesin səs-küylü primadonnası ölümündən sonra da qalmaqalların mərkəzindədir...
Sağlığında ona yaxın olan hər kəs - aparıcıdan tutmuş, qohum-qardaşa qədər hamı miras qalmaqalına qatılmaqdan özünü saxlaya bilmədi. Sağlığında qorxusundan bu mövzuda danışa bilməyənlər indi İlhamə Quliyevanın bank hesablarındakı pulunu da hesablamağa başladılar. Pul şirin şeydir axı...
Bəs yaxşı, əslində vəziyyət necədir? Doğrudanmı mərhum sənətkar bu qədər var-dövlət sahibiymiş? Onun varidatı nə qədərdir?
Mia.az publika.az-a istinadən araşdırmanı təqdim edir:
Bir onda olub, bir ərəb şeyxində...
Əvvəlcə avtomobillərdən başladıq. Öyrəndik ki, İ.Quliyevanın iki avtomobili olub. "İnfiniti" avtomobilinin qiyməti 100 min manat civarındadır. "BMW-limuzin" markalı digər avtomobilin qiyməti də 100 min manatdır. Deyilənə görə, xalq artisti avtomobili alanda həmin vaxt bu "Limuzin"dən cəmi üç nəfərdə olub: ərəb şeyxində, rusiyalı oliqarxda, bir də İlhamədə!
Avtomobilin rəngi günün müxtəlif saatlarında dəyişirmiş. Bunlardan öncə xalq artisti uzun illər 120 min manatlıq "Hammer"i idarə edib. Onun bütün avtomobillərinin nömrə nişanı "100"-lə qurtarıb. Avtomobillər isə ağ rəngdə olub. Yeri gəlmişkən, primadonna bəyaz rəngi çox sevirmiş. Ağ avtomobil, ağ qızıl, ağ qızılgüllər... Bəlkə də bunun mistik anlamı varmış. Amma özü bunu, sadəcə, zövqlə əlaqələndirirmiş.
Bir bağ, iki bina evi...
Xalq artistinin bir bağı, iki bina evi olub. Zeynəb Xanlarova, Xuraman Qasımova, millət vəkili Siyavuş Novruzov, Bakı İqtisad Universitetinin rektoru və digər tanınmışlarla qonşu olan İ.Quliyeva vaxtının çoxunu Bilgəhdəki bağ evində keçirirmiş. Həyət evində yaşamaqdan xüsusi zövq aldığını isə dəfələrlə deyirmiş.
Primadonnanın evlərindən biri İzmir parkı ilə üzbəüz binada, digəri isə "Elmlər Akademiyası" metrostansiyası yaxınlığında yerləşib. Elə gözlərini də əbədiyyətə məhz bu mənzildə qapayıb.
Bahalı brilyantları primadonnaya hansı oliqarx bağışlayıbmış?
Primadonnanın dillərə dastan olan, göz qamaşdıran ləl-cəvahiratı olub. Xalq artisti ağ qızılları və brilyantları çox sevirmiş. Qiyməti on min manatlarla ölçülən daş-qaş dəstlərinin bəzilərini özü alsa da, çoxunu ona hədiyyə ediblərmiş. Mərhum müğənninin qızılları və bəzi brilyantları şüşə balonlarda saxladığı da iddia olunur. Onun bahalı zinət əşyaları sırasında 10, 20 və 25 minlik dəstlər olub. Bu dəstləri ona Azərbaycan və Rusiyada yaşayan oliqarx dostlarının hədiyyə etdiyi deyilir.
Elə yerli şou-biznes nümayəndələrindən də az hədiyyə almırmış. Onun daş-qaş aşiqi olduğunu bilən şou-biznes nümayəndələri primadonnanın könlünü brilyant üzük, sırğa, qızıl zəncirlərlə alıb, xətrini xoş edirlərmiş. Bu müğənnilər sırasında Manaf Ağayev, Nadir Qafarzadə, Cavanşir Məmmədov, Səməd Səmədov, Nuri Sərinləndirici, Abbas Bağırov və digərləri var.
Şou-biznes nümayəndələri dəfələrlə bildiriblər ki, hədiyyələrin gəlməsi üçün İlhamə Quliyevanın bir dəfə barmaq silkələməsi yetirmiş. Adı qara siyahıya düşən müğənnilər dərhal əllərini ciblərinə salıb, üz tuturlarmış paytaxtın ən məşhur zərgərlərinin yanına.
İlhamə bu hədiyyələrin müqabilində müğənnilərə yaşıl işıq yandırıb. Bəzilərinə titul verib, bəzilərini isə bir neçə kəlmə ilə şərəfləndirib. Onun səxavət kisəsi hədiyyənin məbləğindən asılı olaraq kiminin üzünə tam açılıb, kiminin də üzünə yarımçıq. Əslində, xalq artisti bunu gizlətməyib də. Dəfələrlə efirdə söyləyib ki, onun kimisə reklam etməsi üçün bank hesabına pul köçürülməlidir. İ.Quliyevanın bir kəlmə xoş sözü hər yerdə keçərli, acı sözü isə qılıncdan da kəsərli olub.
Primadonnanın bankda nə qədər pulu varmış?
Gəlib çatdıq getdikcə daha az adamın "əl çirki", böyük əksəriyyətin isə "həyat cövhəri" hesab etdiyi pullara. Primadonnanın ailə dostlarından birinin qulağımıza pıçıldadığına görə, onun banklarda 280 min manat pulu olub. Özünə qismət olmayan bu pulun, eləcə də, avtomobillərin, bağın, evlərin, bir sözlə, mirasın kimə qismət olacağını isə bir Allah bilir.
Hər halda, insan övladı yığdığını da elə bu dünyadaca qoyub gedir. Ən böyük sərvəti isə özüylə aparır. O sərvətin adı yaxşılıqdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi