17-03-2016 [14:37]
Ötən ilin noyabr ayında iş adamı İlqar Məmmədovun bir neçə dəfə intihar məqsədi ilə çıxdığı 4 mərtəbəli yarımtikili obyekti artıq sökülür.
Söküntü işlərinə martın 14-də başlanılıb. Söküntünü Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.
Əldə etdiyimiz məlumata görə, artıq dövlət qurumları ilə sahibkar arasında razılıq əldə olunub. Belə ki, meriya iş adamı İlqar Məmmədova paytaxtın Xətai rayonu ərazisində torpaq sahəsi verib. Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığında "Zeytunluq” deyilən ərazidəki yarımtikilinin isə sökülməsinə start verilib. Binadan çıxacaq tikinti materialları iş adamının özünə təhvil veriləcək. Tikintiyə xərclənən digər vəsaitlər qarşılığında isə İlqar Məmmədova kompensasiya ödəniləcək. İlqar Məmmədov Binəqədi rayonundakı yarımçıq qalan idman sağlamlıq kompleksini Xətai rayonunda yenidən tikməyə davam edəcək.
Binanın qəzalı vəziyyətdə olduğuna görə sökülməsi və bununla bağlı Fövəqladə Hallar Nazirliyi tərəfindən qərar verildiyi barədə mediada yayılan məlumatlar Bakı meriyası tərəfindən təkzib olunub.
Ərazidə olan Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Zülfəli İsmayılov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bina meriyanın qərarı ilə sökülür: "Binanın sökülməsinə səbəb qəzalı vəziyyətdə olması deyil. FHN-nin buna heç bir aidiyyatı yoxdur. Rəsmi qərar budur ki, bina yaşıllıq üçün nəzərdə tutulmuş ərazidə tikilib. Kompensasiya ilə bağlı hər hansı bir məlumatım yoxdur. Bununla bağlı rəsmi qərar hələ verilməyib”.
Qeyd edək ki, həmin ərazidə idman-sağlamlıq kompleksinin tikilməsi üçün 2009-cu ildə Bakı meriyası razılıq verib. Binanın tikintisinə 2011-ci il başlanılıb, bu il, yəni 2016-cı ilə başa çatdırılmalı idi.
Ötən ilin noyabrın 25-də sahibkar İlqar Məmmədov binanın üzərinə çıxaraq özünü öldürəcəyini, daha işləyə bilmədiyini və bezdiyini demişdi. O, hətta bu yer üçün icra başçısınna 500 min rüşvət verdiyini və pulunun geri qaytarılmasını da tələb eləmişdi. O zaman hadisə yerinə gələn Binəqədi rayon icra başçısı Xaləddin İskəndərov və Binəqədi RPİ rəisi Namiq İsmayılov onunla danışıb fikrindən danışdıra bilmişdilər....
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi