Prezidentin imzaladığı əfv sərəncamının icrasına bazlanılıb

img

18-03-2010 [12:47]


Prezidentin Novruz bayramı münasibətilə imzaladığı əfv sərəncamının icrası həyata keçirilir. Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirlyi Penitensiar Xidmət KİV nümayəndələri, hüquq müdafiəçilərinin cəzaçəkmə müəssisələrinə gedişini təşkil edib. Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə bildirib ki, sərəncamın icrası bu gün başa çatacaq. Əfv sərəncamı ilə azadlıqdan məhrum edilmiş 62, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 məhkum cəzalarının çəkilməmiş hissələrindən azad edilib. Ömürlük azadlıqdan məhrum edilmiş bir məhkumun cəzası 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib, bir nəfər cərimə cəzasından azad olunub. Azadlıqdan məhrum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir qadın məhkum da cəzadan azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA