Kəmaləddin Heydərov icra başçılarının müavinlərini qəbula dəvət etdi, tapşırıqlar verdi

img

17-03-2016 [14:02]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Ağcabədi rayonunda vətəndaşları qəbul edib.

Ağcabədi Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların şikayətlərinə yerində baxılması üçün sözügedən rayonların icra başçılarının birinci müavinləri də qəbula dəvət olunub.

Qəbul zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər yerindəcə araşdırılıb.

Vətəndaşların digər sahələrə aid şikayət və müraciətləri isə qeydə alınaraq, həlli üçün aidiyyəti qurumlara ünvanlanması barədə tapşırıq verilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA