16-03-2016 [15:55]
"Tahir Kərimov müəyyən adamlarını mənim üstümə salıb ki, onun haqqında heç nə danışmayım. Görünür, Tahir mən nazir olanda ona vurduğum tərs şapalağı unudub”.
Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Salyanın sabiq icra başçısı Tahir Kərimovla bağlı danışarkən deyib. O qeyd edib ki, Tahir Kərimov həbs olunmalıdır: "Salyanın sabiq icra başçısı Tahir Kərimov mənim işçim olub. Onu məndən yaxşı kimsə tanıya bilməz. Mən bu adamı dələduzluq üstündə vəzifədən qovmuşdum. Çirkab içində itib- batan adam idi. Birinci Daşkəsənə icra başçısı təyin edildi və buranı viran qoydu. Onun Daşkəsənə vurduğu ziyanı heç kim vurmayıb. Bu adamın milyonlarla dəyərində villaları, obyektləri var. Bizim rayon təşkilatının sədri mənə elə faktlar verib ki, onların hamisini hüquq mühafizə orqanlarına göndərəcəyəm. Tahir Kərimov müəyyən adamlarını mənim üstümə salıb ki, onun haqqında heç nə danışmayım. Görünür, Tahir mən nazir olanda ona vurduğum tərs şapalağı unudub. Salyanda yığdığı pullar onu qudurdub. Hazırda Rəsul Quliyevlə əlaqə qurmaq üçün müəyyən vasitələr axtarır. Rəsula xidmət edən müxalifətçilərlə münaisbət qurmaq istəyir. Onlara vəd verir ki, maddi dəstək olacaq. Ona görə də bu adam həbs edilməlidir”.
Partiya sədri onu da qeyd edib ki, hazırda Tahir Kəriomov Azərbaycandan qaçmağa hazırlaşır. Onun sözlərinə görə, ətrafında olan adamlar mənə bu barədə məlumat veriblər. H.Hacıyev onu da deyib ki, yaxın günlərdə "Azərbaycan Saatı”a kompramatlar ötürəcəyi barədə məlumatlar əldə edib.
Hafiz Hacıyev bildirib ki, yaxın günlərdə hakimiyət daxilində olan məmurların obyektləri, villaları və qanunsuz yollarla əldə etdikləri digər əmlaklarını monitorinq edib aidiyyatı orqanlara təqdim edəcək: "Yaxın günlərdə cəsarətli jurnaistlərlə birgə hakimiyyət daxilində milyonlarla dəyərində villaları, torpaq sahələri, obyektləri olan məmurlarla bağlı monitorinq aparacam. Nazirlərin, komitə sədrlərinin və digər ikinci, üçüncü arvadlarının villalarını millyardlarla dəyəri olan obyektlərini də monitorinq edəcəyik. Sübut olunacaq ki, Azərbaycanı bu günə salan hökumətin içində olan səriştəsiz nazirlər təsadüfi düşmüş icra başçılarıdır. Fotolarını, videolarını çəkib xalqa göstərəcəyik ki, 900 manat maaş alan Tahir Kərimovlar, 1500 manat maaş alan nazirlər milyonlarla dəyrində olan malikanələri hansı pullarla əldə edibər. Qardaşım İlham Əiyevə bu məmurların etdiyi xəyanətləri açıb göstərəcəm. Xahiş edirəm hüquq- mühafizə orqanları mənim dediyim faktları yoxlasın. Azərbaycan daxilində xarici dairələrə satılmış məmurlar ölkədə prezidenti təkləmək istəyirlər. Ona görə də bu gün ölkədə manatın məzənnəsi ölüb. Qiymətlər hər gün fantastik şəkildə qalxır. İlham Əliyevin dediyi yeni iş yerlərinin açılması, müəəyən sosial problemlərin həll edilməsi, xalqla müntəzəm görüşlər keçirib onların problemlərini dinləmək əvəzinə 15-20 il kök salmış, harınlamış, prezidentə xəyanət edən məmurlar çalışırlar ki, sabitliyi pozsunlar. Müəyyən nazirlər ,məmurlar bilirlər ki, yaxın günlərdə ölkə prezidenti onlarla vidalaşacaq və onlar həbs olunacaq. Hazırda müxalifətin bəzi simaları ilə əlaqa yaradıb onlara maddi dəstək olmağa çalışırlar. Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün vasitələrə əl atırlar. Amma unutmasınlar ki, mən hər zaman əziz qardaşım İlham Əliyevin yanında olacağam və ona xəyanət etmək istəyənlərə qarşı mübarizə aparacağam”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi