Generalın oğlu yeni vəzifəyə təyin olundu - Zakir Qaralovdan əmr

img

16-03-2016 [15:40]


Bakının iki rayonuna yeni prokuror təyin edilib.

Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Lənbəranski tutduğu vəzifədən azad edilərək Pirallahı rayon prokuroru, Səbail rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Natiq Əsədov isəSəbail rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ. Ləmbəranski Azərbaycanda başlanmış bir sıra səs-küylü cinayət işlərinin istintaqını aparıb.

Səbail rayon prokuroru vəzifəsinə təyinat alan N. Əsədov isə 1991-ci ildə Qarakənd faciəsi zamanı həlak olan Azərbaycanın sabiq daxili işlər naziri Məhəmməd Əsədovun oğludur.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA