16-03-2016 [14:23]
Dünən Milli Məclisin iclasında deputat Yevda Abramov hökumət üzvlərinin, nazirlərin televiziyalara çıxmaması məsələsini gündəmə gətirib.
Deputat deyib ki, nazirlərin əvəzinə televiziyalarda müğənnilərin didişməsi və xörəklərin təbliği göstərilir.
Maraqlıdır, bəs hökumət üzvləri televiziyalarda çıxış etməkdən niyə qaçırlar? Buna səbəb nədir?!
Mia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında bu barədə danışıb.
Deputat deyib ki, hər bir nazir aktual məsələ olanda dövlət televiziyasında, İctimai televiziyada çıxış edirlər:
"Amma ümumilikdə nazir şoumen deyil ki, hər gün televiziyaya çıxsın. Nazirlik tamam fərqli bir sahədir. Nazirlik ali icra hakimiyyətinə tabe olan qurumdur. Nazir dövlət başçısı qarşısında hesabat verir. Dövlət başçısı da onun işinin, fəaliyyətinin nəticəsi olaraq öz vəzifəsində qalıb-qalmaması məsələsi haqqında qərar qəbul edir. Bu baxımdan nazir şoumen deyil ki, gündə çıxıb televiziyada şou göstərsin. Və yaxud da müğənni deyil ki, gündə televiziyaya çıxıb mahnı oxusun. Aktual mövzu yarananda, dəvət olanda saytlara da geniş müsahibələr verirlər.
Məsələn. yap.org-da tez-tez hər bir nazirin müsahibəsi gedir. Həmçinin, televiziyada aktual ekrana dəvət olunurlar, dəyirmi masalarda çıxış edirlər”.
Siyavuş Novruzovun sözlərinə görə, hökumət üzvlərinin televiziyalarda hər gün çıxış etməsi kimi fikirlərin səslənməsi doğru deyil:
""Nazir televiziyaya çıxıb çıxış etməli və ya hər hansı məsələyə münasibət bildirməlidir”. Bu kimi fikirlərin özü səhvdir. Hansısa nazir hər həftə, hər gün, hər ay televiziyada çıxış edə bilməz. Əgər ortaya çox aktual bir problem çıxıbsa, həmin sahə ilə bağlı böyük bir məsələ varsa, bu başqa məsələ.
Məsələn, gündəlik yaranan məsələ ilə bağlı ya partiya nümayəndəsi, ya da partiyanın mətbuat orqanı reaksiya verir. Götürək Xarici İşlər Nazirliyini. Bəlkə də Xarici İşlər Nazirliyinin mindən çox məsələsi var. Hər gün səfərlər, müxtəlif məsələlər və sairə. Xarici işlər naziri hər ay çıxıb televiziyada çıxış edə bilməz ki! Yaxud da ki hüquq-mühafizə orqanları. Bunların mətbuat orqanları, ictimaiyyətlə əlaqələr şöbəsi verilən sualları ictimaiyyətə cavablandırır”.
Komitə sədri onu da vurğulayıb ki, artıq vətəndaşların müraciətlərində azalma müşahidə olunur: "Nazirlər il ərzində bütün regionlarda görüşlər keçirirlər. Vətəndaşlarla ünsiyyətdə olurlar. Qabaqcadan elan verirlər. Kimin hansı məsələ ilə bağlı problemi varsa, o problemlə əlaqədar da gəlib öz sözünü deyir. Nəticə etibarı ilə deyə bilərəm ki, artıq müraciətlərin 60%-dən çoxu azalıb. Çünki bu məsələlər yerində həll edilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi