Səbail rayon icra Hakimiyyəti Bazçısı yanında Şuranın növbəti yığıncağı keçirilib

img

17-03-2010 [07:41]


Azərbaycan Respublikası Regionlarının 2009-2013-jü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunları, respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-ju illər üçün kompleks Tədbirlər Planı?nın Səbail rayonunda yerinə yetirilməsinin vəziyyəti və ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya?nın həyata keçirilməsi ilə bağlı fəaliyyət Planının (2007-2011-ci illər) icrası iloə əlaqədar görülən işlərin vəziyyəti Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənjlər təşkilatlarının, sahibkarların və rayon ijtimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən ijlasında ətraflı müzakirə olunub. İjlası giriş sözü ilə açan Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov mart ayının 12-də Dənizkənarı Milli Bulvarda yenijə istifadəyə verilmiş Bakı Biznes Mərkəzində ?Azərbayjan Respublikası Regionlarının 2009-2013-jü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın birinji ilinin yekunlarına həsr olunmuş konfransı və bu toplantıda Azərbayjan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu Proqram 2004-jü ildə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Proqramının məntiqi davamıdır. Keçən dövr ərzində bir sıra işlər görülmüş, xeyli layihə uğurla həyata keçirilmişdir. Proqramın vajib vəzifələrindən biri Azərbayjanda işsizliyin aradan qaldırılması üçün praktiki işlərin görülməsi olmuşdur. Beş il ərzində ölkədə 800 minə yaxın yeni iş yeri açılmış, işsizlik kimi böyük sosial problemin böyük bir hissəsinin aradan qaldırılmasına kömək olmşdur. Bildirilmişdir ki, 2003-jü ilin noyabrından 2010-cu ilin yanvar ayının 1-dək Səbail rayonunda 31.576, o jümlədən 30.920 daimi iş yeri açılmışdır. Beş il ərzində Bakı şəhərində açılmış daimi iş yerlərinin 18,3%-i Səbail rayonunun payına düşür. Bakı şəhəri üzrə Səbail rayonu birinjilər sırasındadır. Keçən il Səbail rayonu ərazisində böyük qurujuluq və abadlıq işləri həyata keçirilmiş və ha?zır?da bir çox obyektlərdə təmir-yenidənqurma və inşaat işləri davam etdirilir. Badamdar qəsəbəsində ?Abad həyət? layihəsinin ijrası ilə bağlı 5 həfətdə, mərkəzdə isə 67 həyətdə əsaslı təmir-abadlıq işləri aparılmış, Bibiheybət qəsəbəsindəki kitabxana, xeyir-şər yeri və qəsəbə Mədəniyyət evi təmir olunmuş, hazırda qəsəbənin girişində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsinin əsaslı təmir-yenidənqurulması başa çatmaq üzrədir. Həyata keçirilən işlər çərçivəsində rayonun 20-ji yaşayış sahəsindəki Yol ötürüjü dairə və ?Veteran Neftçilər bağı?nda əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, Yeni Azərbayjan Partiyası Səbail rayon təşkilatı üçün 3 mərtəbəli yeni binanın təməli qoyulmuş, həmçinin Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinə və Badamdar qəsəbə Mədəniyyət evinin əsaslı təmirinə başlanmışdır. Keçən il tikintisinə başlanmış Səbail rayon Polis İdarəsinin yeni binasında hazırda tamamlama işləri aparılır. Nəzərdə tutulan işlər müvəffəqiyyətlə davam etdirilir. ?Azərbayjan Respublikasında ekoloci vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-ju illər üçün kompleks Tədbirlər Planı?nın Səbail rayonunda yerinə yetirilməsinin vəziyyəti ilə bağlı qeyd olunmuşdur ki, rayon ərazisində yerləşən və 526,8 ha xilməti ərazisi olan ?Bibiheybətneft? NQÇİ-i, Xəzər Dəniz Neft Donanması və Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri və gəmiqayırma zavodları, müxtəlif xariji şirkətlərin bir sıra müəssisələrinin fəaliyyəti rayonun ekoloci durumuna jiddi təsir göstərirlər. Son illərdə rayonda ekoloci vəziyyətin yaxşılaşdırılması istiqamətində burada fəaliyyət göstərən iri sənaye müəssisələri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, ?Kompleks Qazma İşləri? Tresti tərəfindən idarələrdə tullantıların çeşidlənməsi, yerləşdirilməsi, müvəqqəti saxlanması məqsədi ilə xüsusi sahələr ayrılmış, ekoloci normativ-texniki sənədləri işlənmişdir. ?Bibiheybətneft? NQÇİ-də 174 ha mədən ərazisində mexaniki və bioloji rekultivasiya işləri aparılmış və ərazidə 56200 ədəd ağac və kol əkilmiş, əkilmiş ağaclara aqrotexniki qulluq göstərmək məqsədi ilə 2 ədəd su çənləri tikilib istismara verilmişdir. NQÇİ-nin neft mədənləri ərazilərində 2006-2009-ju illərdə 407 quyuda izola-ləğv işləri aparılmışdır. Bunun nəticəsi olaraq 1073000 m3 həjmində lay suyu azalmışdır. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayondakı 26 obyektdə monitorinq həyata keçirilmiş, mənfi nəticələrin aradan qaldırılması yönümündə sanitar sağlamlaşdırıjı tədbirlər görülmüş, 2 obyektdə cavabdeh şəxslərə qarşı inzibati qaydada cərimə protokolu tərtib olunmuşdur. Bibiheybət qəsəbəsində yaranan çirkab suları dənizə axıdı1masının qarşısını almaq məqsədilə, qəsəbədə yeni kanalizasiya xəttləri çəkilmiş, nasos stansiyası tikilmişdir. ?Azərbayjan Respublikasında ekoloci vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-ju illər üçün Kompleks Tədbirlər planı?nda Səbail rayonunda və ilk növbədə Bibiheybət buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi, buxtanın tam yenidənqurulması, Bakı bulvarının uzadılmasını və bu ərazilərin gözəl bir istirahət zonasına çevrilməsi ilə bağlı işlər davam etdirilir. Bu günə kimi Bibiheybət buxtasında 174 ha ərazi Dövlət Neft Şirkətinin Ekologiya Departamenti tərəfindən təmizlənmiş, burada ağaj və kollar əkilmişdir. 2010-ju ilin ?Ekologiya ili? elan edilməsi ilə ekoloci problemlərin həllinə olan diqqəti daha da artırmışdır. Təkjə keçən ilin noyabr ayından etibarən Səbail rayonunun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin və rayon ijtimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçən iməjliklərdə 25 minə yaxın ağaj əkilərək, əvvəl əkilmiş minlərlə ağajlara qulluq göstərilmişdir. Yeni ağajların əkilməsi və onlara qulluq göstərilməsi işləri davam etdirilir. Rayonun bütün idarə və təşkilatlarında, xidmət sahəlrində ekoloci tədbirlər hazırlanmış və onların həyata keçirilməsi üçün tədbirlər görülür. Səbail rayon İjra Hakimiyyəti Başçısı yanında Şuranın ijlasında ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya?nın həyata keçirilməsi ilə bağlı fəaliyyət Planının (2007-2011-ji illər) ijrası ilə əlaqədar görülən işlərin vəziyyəti də müzakirə olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA