16-03-2016 [10:50]
Cəbrayıl, Laçın və Salyan rayonlarının İH başçıları tutduqları vəzifədən çıxarıldı. Bu üç başçı haqda indiyədək mətbuatda çox yazılıb. Onların rayonda törətdikləri özbaşınalıqlar, yerli əhaliyə zülm etmələri, rüşvətxorluq, korrupsiya və s. əməlləri medianın illərdir ki, gündəmindən düşmür.
İşdən çıxarılan başçılar arasında adı ən çox qalmaqallarda hallanan Tahir Kərimov idi. O, 2010-cu ildən ötən həftəyə qədər Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. İnternetdə axtarış sistemində Tahir Kərimov yazıldıqda, onlarla məqaləyə rast gəlinir. Həmin məqalələrdə T.Kərimovun ağlasığmaz əməllərindən bəhs edilir. Məsələn, sabiq başçının adı qanunsuz torpaq alverindən, sahibkarlara divan tutmağa, rüşvətxorluqdan, reketçiliyə, korrupsiyadan adamöldürməyə kimi ən çirkli işlərdə, cinayətlərdə hallanıb. T.Kərimovun necə başçı olduğunu isbatlayan bariz sübut Salyan əhalisinin onun vəzifədən getməsini toy-bayram etməsidir. İllərdir insanların canını boğazına yığmış bir rayon rəhbərinin işdən azad edilməsini camaat az qala atəşfəşanlıqla qeyd edib...
Sən demə, T.Kərimovdan təkcə salyanlılar narazı deyilmiş. O, dövlət rəhbərliyinin də antipatiyasını qazanıbmış.
"Yeni Müsavat”a rayondakı mənbələrdən daxil olan məlumata görə, mart ayının 15-dən etibarən Hesablama Palatasının komissiyası Salyanda kompleks yoxlamalara başlayıb. Deyilənə görə, buna səbəb Tahir Kərimovun fəaliyyətinin araşdırılmasıdır. Onun çoxlu yeyintiyə, korrupsiyaya yol verdiyi bildirilir.
Məlumatda o da deyilir ki, Hesablama Palatasının yoxlamasının nəticələri hüquq-mühafizə orqanlarına göndəriləcək. Bundan sonra isə sabiq başçıya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılacağı deyilir.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, artıq T.Kərimovun yaxın ətrafı da "vurulmağa” başlayıb. Onun oğlunun və yeznəsinin işdən çıxarıldığına dair məlumatlar var. Digər qohumlarının da yaxın günlərdə işdən qovulacağı istisna olunmur.
Xatırladaq ki, T.Kərimovun adı bir neçə il öncə bir qətl işində hallanmağa başlamışdı. 2011-ci il, iyulun 11-də "Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyev öz ofisində odlu silahla öldürüldü. Bu qətlin sifarişçisi Hümbət Məmmədov və digərləri idi. H.Məmmədov T.Kərimovla quda və biznes ortağıdılar. Deyilənə görə, Tahir Kərimov həmin vaxt adının bu cinayət işinə qarışmaması üçün xeyli xərc çəkib. Mənbə bildirir ki, sabiq başçı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova külli miqdarda rüşvət verməklə bu işdən canını son anda qurtara bilib.
Salyandakı mənbəmiz bildirir ki, T.Kərimov vəzifədən çıxarıldığı gün icra hakimiyyətinin binasını arxa qapıdan gizli şəkildə tərk edib. Onu bu addımı atmağa vadar edən səbəb rayon sakinlərinin onu hörmətsiz formada Bakıya yola salmağa hazırlaşması olub. O da bu informasiyadan sonra binadan və Salyandan gizli şəkildə çıxış yapıb.
Mətbuat indiyədək Tahir Kərimovun qanunsuz sahibkarlıqla məşğul olması barədə də yazıb. Onun Salyanda onlarla ticarət və iaşə obyektlərinin, Qusarda "Star Qusar” əyləncə mərkəzinin, Bakıda restoranlarının, sayı-hesabı bilinməyən mənzillərinin, İstanbulda, Ruminiyada, Polşada (Karlovı Varı) xeyli sayda daşınmaz əmlakının olduğu deyilir. Artıq bu faktlar üzrə də araşdırmaların başladıldığı, T.Kərimovun mal varlığının siyahısının tutulduğu haqda məlumatlar almışıq.
Ən sonda bildirək ki, Salyanın sabiq icra başçısının orta məktəb şagirdlərinin əllərində tutduqları gül çələnginin altından keçdiyini əks etdirən foto "yuxarılarda” ciddi qıcıq yaradıb. Xatırladaq ki, o şəkil sosial şəbəkələrdə və mediada günlərlə müzakirə edildi, bu davranışına görə T.Kərimov ciddi şəkildə qınandı. Amma T.Kərimovun "vurulması”nın əsas səbəbi bu foto deyil, təbii ki. Mənbəmizin iddiasına görə, ortada daha dərin və ciddi səbəblər var. Bu səbəblərdən biri kimi Tahir Kərimovun Salyanı öz ədalətsiz və tamahkar idarəetməsi ilə qan çanağına döndərməsi göstərilir. Hakimiyyətə bəlli olub ki, Salyanda hər an məhz Tahir Kərimovun üzündən xalq etirazları başlaya bilər. Bundan sonra onun işdən azad edilməsi haqda qərar qəbul edilib.
Mövzunu davam etdirəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi