"Kurdlar Vadisi Pusu" Azərbaycanda; Polad Alemdar Bakıya gəlir

img

17-03-2010 [06:22]


Reytinq rekordları qıran məşhur türk serialı "Kurtlar Vadisi Pusu"nun qəhrəmanları və yaradıcı heyəti Bakıdadır. Polad Alemdar rolunun ifaçısı Necati Şaşmaz və filmin rejissoru Raci Şaşmazın bu gün Bakıya gələcəyi gözlənilir. Tuncay Kantarçı rolunun ifaçısı Osman Vöber və filmdə iştirak edən bir neçə aktyor isə artıq Bakıdadır. Filmin yaradıcı heyətinin Bakıya səfərinin məqsədi barədə heç bir məlumat verilmir. Xəbərə aydınlıq gətirmək üçün serialın istehsalçısı "Panafilm" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən ANS PRESS-ə bildirildi ki, onlarda bu barədə məlumat yoxdur. "Bizim bu barədə bir bilgimiz yoxdur, nahardan sonra zəng edin, məlumat verək", deyə şirkətdən bildirildi. Nahardan sonra etdiyimiz təkrar zənglərə isə cavab verən olmadı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva isə bildirdi ki ki, onlarda bu barədə heç bir məlumat yoxdur. "Nazirlik olaraq bizim o aktyorlarla heç bir əməkdaşlığımız olmadığından onların Bakıya gəlib-gəlməyəcəkləri haqda məlumatımız yoxdur", deyə Z. Əliyeva bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA