15-03-2016 [20:52]
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun korrupsiya əməllərinə dair yeni faktlar məlum olub.
Mia.az xəbər verir ki, virtualaz.org saytının mötəbər mənbələrdən əldə etdiyi məlumatlara görə nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudovun Bakının Yasamal rayonu, İsmayıl Qutqaınlı küçəsində yerləşən "Altes Plaza” biznes mərkəzində yerləşən daha bir ofisi olub.
Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyası barədə mətbuatda hər hansı məlumata rast gəlmək mümkün deyildi. Bu haqda təbii ki, heç kim danışmazdı, danışmağa cəsarət etməzdi.
Lakin Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra məlum oldu ki, keçmiş milli təhlükəsizlik naziri nəhəng biznes şəbəkəsinə malikdir. Onun "Caspian Crystal Holding”də birləşən biznesini oğlu Anar Mahmudov idarə edir. Və holdinqin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən "Crystal Plaza”da yerləşir. Yer gəlmişkən həmin plaza həm də Mahmudovun mühüm görüşlər keçirmək üçün istifadə etdiyi məkan olub.

İndi isə məlum olub ki, Mahmudovun oğlu 2014-cu ilin iyul ayında "Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli "Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.
Başqa məlumata görə isə, Eldar Mahmudov "Altes Group” şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna "haqq” olaraq verilib.
Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun "Altes Plaza”da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb.

Virtualaz.orgaraşdırıb ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi "Kometa-T” MMC şirkətinin adına rəsmiləşdirilib. Bu torpaq sahəsinin üzüm bağları salmaq üçün alındığı təxmin edilir və keçmiş icra hakimiyyəti başçısı Asif Məmmədovun dövründə eks-nazirin oğlunun adına qanunsuz yollarla rəsmiləşdirilib.
Maraqlıdır ki, bir neçə ay əvvəl Asif Məmmədovla bağlı maraqlı fakt üzə çıxıb. Məlum olub ki, Şamaxının icra başçısı vəzifəsindən çıxarılandan az sonra A.Məmmədovun Bakının "Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsindəki villasına naməlum maskalılar basqın edib. Onlar ev sahiblərinin əl-qolunu bağlayaraq evdən 4 milyon dollara yaxın nəğd pulu aparıblar. Keçmiş başçı bu haqda heç yana şikayət etməyib. Ehtimal edilir ki, evə basqın edən maskalılar MTN generalı Akif Çovdarovun adamları olub və A.Məmmədov hansısa maxinasiyalarına görə bu cür cəzalandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi