15-03-2016 [19:11]
Bu gün - 15 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin iclasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci ilə dair hesabatı ilə bağlı millət vəkili Əflatun Amaşov bir sıra problemləri qaldırıb.
Mia.az onun çıxışını olduğu kimi təqdim edir:
"Mən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il hesabatını qənaətbəxş hesab edirəm. Hesabat Azərbaycan hökumətinin fəaliyyətinin məhsuldarlığından xəbər verir. Həqiqətən də bütün sahələr üzrə nəticələr kifayət qədər aydın təhlil olunub və bu, imkan verir ki, perspektiv üçün reallaşdırılacaq tədbirləri ətraflı şəkildə proqnozlaşdıraq.
Fikirlərimi hesabatın VII fəslinin 5 və 6-cı bölmələri üzərində cəmləşdirəcəm. Məlumdur ki, 5 və 6-cı bölmələr müvafiq olaraq "Dövlət teleradio verilişləri” və "Dövlət informasiya sahəsi” adlanır. Bu iki başlıq bir məqama söykənir ki, bu da ümumən dövlətin informasiya siyasəti ilə bağlıdır. Yəni prinsipcə başlıca məqam dövlətin informasiya siyasətidir. Hesabatda bu xüsusda yalnız "Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAc-ın 2015-ci il üçün fəaliyyətinin üzərində dayanılır. Əlbəttə, hər iki qurumun ölkəmizin media məkanında və informasiya siyasətində rolu böyükdür. Eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu iki təşkilat müstəsna missiya yerinə yetirməkdədir.
Ancaq "dövlət teleradio verilişləri” xüsusi bölmə kimi nəzərdə tutulursa, o zaman yaxşı olardı ki, hesabatda Milli Televiziya və Radio Şurasının gördüyü işlər də əksini tapaydı. Bu qurum da kifayət qədər məhsuldar işləyir.
Unutmaq olmaz ki, bu gün dövlətin informasiya siyasətində əsas iştirakçılardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Qurumun ölkə mətbuatına verdiyi töhfələr göz qabağındadır. Yaxşı olar ki, növbəti illərdə hesabatın "dövləti informasiya sahəsi” bölümündə AzərTAC-la yanaşı KİVDF və digər əlaqədar qurumların da fəaliyyətindən bəhs edilsin.
Mən bu məsələ ilə bağlı bir dəfə fikirlərimi bildirmişdim. Yenidən ona qayıtmağı vacib sayıram. Məlumdur ki, devalvasiya mediaya da mənfi təsirini göstərib. Kağız bahalaşıb, çap xərcləri artıb. Bununla yanaşı ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə əlavə dəyər vergisinin tətbiqinə də başlanılıb. Bu, onsuz da çətin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Media ictimaiyyəti məsələdən narahatdır. Bu gün bir çox media orqanının fəaliyyətində durğunluq yaranıb. İşini dayandıran KİV-lər var. Əlavə dəyər vergisindən Azərbaycan büdcəsinə daxil olan vəsaitin miqdarı o qədər də böyük deyil. Bu rəqəm təxminən yarım milyon manata yaxındır. Ancaq bu vəsait maliyyə sıxıntısı keçirən KİV-lər üçün heç də az deyil. Onlar onsuz da məhdud büdcə ilə fəaliyyət göstərirlər. Təklif edirəm ki, medianın cəmiyyət həyatındakı rolu əsas götürülərək ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Azərbaycan hökumətindən mövcud istiqamətdə əməli tədbirlərin görülməsini xahiş edirəm.
İndi də deputatı olduğum Saatlı rayonunda seçicilərlə görüşlər zamanı qaldırılan problemlərlə bağlı təklif vermək istərdim. Ölkəmizdə digər qeyri-neft sahələri kimi aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilir. Belə diqqət Saatlı camaatı üçün həyati əhəmiyyətlidir. Mövcud relyef, bərəkətli Muğan torpağı ildə iki dəfə də məhsul götürməyə, ərzaq bolluğu yaratmağa imkan verir. Sakinləri də dədə-babadan işgüzardır. Onlar torpağa sevgilərini qayğı və zəhmətləri ilə nümayiş etdirirlər. İndi köməyə ehtiyacları var. Göz işlədikcə uzanan torpaqlar "su” deyərək imdad diləyir. Bu məsələyə kompleks baxılmalıdır. Mövcud şəbəkələr suya olan tələbatı ödəyə bilmir. Yeni, daha müasir su təchizatı şəbəkəsinin inşası olduqca zəruridir. Bu məsələ yubadılmamalıdır. Məhsul nə qədər bol olarsa, bir o qədər ucuzluq olar. Məsələnin mahiyyəti də məhz bunda yekunlaşır. Nazirlər Kabinetindən, hörmətli Baş Nazirimizdən Saatlı camaatı adında xahiş edirəm ki, bunu təxirə salınmaz məsələlər sırasına daxil etsin".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi