"Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır” - Ərdoğan

img

15-03-2016 [17:10]


"Azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasın Bakıda keçirəcəkdik, terror olayından sonra prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif etdi”.

Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarda keçirilən V iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

  R. T. Ərdoğan deyib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir: "Mərhum Heydər Əliyevin dediyi kimi, bunu "Bir millət, iki dövlət"in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA