15-03-2016 [15:29]
"İslahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimizi ala bilməyəcəyik”.
Bu sözləri isə deputat Qüdrət Həsənquliyev deyib.
O, məhkəmə-hüquq sistemindəki probemlərdən bəhs edib: "İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qəraları qüvvəyə minir, onun möhürü qurumamış iscraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”.
Konkret bir şirkətlə bağlı çıxarılan məhkəmə qərarının uzun müddətdir icra olunmadığını xatırladan deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova şəxsən xitab edib: "Fikrət müəllim, xalqı hökumətdən, prezidentdən narazı salan ən ciddi sahələrdən də biri budur. Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda heç bir halda ölkəyə ciddi investisiya qoyuluşuna nail ola bilməyəcəyik. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın, şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır”.
Q. Həsənquliyev "Gündəm xəbər" qəzetinin baş redaktoru ilə bağlı məhkəmə prosesində də haqsızlıq olduğunu qeyd edib və baş redaktoru 4 il həbs gözlədiyini bildirib. Deputat deyib ki, məhkəmə qərarının mürəkkəbi qurumamış icraçılar onun başının üstünü kəsiblər.
BAXCP sədri daha sonra Türkiyədə baş verən terror səbəbindən R.T.Ərdoğanın Bakıya gələ bilməməsinin qarşılığında Azərbaycan prezidentinin qardaş ölkəyə səfər etməsinə də müsbət münasibət bildirib: "Ankaradakı terrorun ardınca prezident İlham Əliyevin Türkiyəyə səfər etməsii əsl kişiyana jestdir. Bunu alqışlamalıyıq”.
Deputat əlavə edib ki, korrupsiya ilə mübarizə sahəsində böyük uğurlar əldə edən Türkiyədən bizim öyrənəcəyimiz çox şey var: "Təhlükəsizliyin təmin olunması məsələlərində də Türkiyənin bizdən öyrənməli çox şeylər var”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi