İcra Hakimiyyəti 800 ailəyə bayram sovqatı payladı - FOTOLAR

img

15-03-2016 [15:14]


Biləsuvar rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid ailələrinə, Cernobul əlillərinə, digər imtiyazlı şəxslərə  və aztəminatlı ailələrə  bayram sovqatı  paylanılıb.

Mia.az xəbər verir ki, tədbirdə  rayon  İcra  Hakimiyyətinin  başçısı   Mahir Quliyev, RİH-nin məsul işçiləri və  rayon ictimaiyyətinin nümayəndələri  iştirak  ediblər.

Bayram sovqatını təqdim edən rayon  İcra  Hakimiyyətinin  başçısı   Mahir Quliyev hər bir ailəyə  firavan  həyat və xoş günlər  arzulayaraq novruz bayramlarını təbrik edib.

Bildirib ki, ölkəmizdə  aztəminatlı ailələr və imtiyazlı şəxslər  daima dövlətimizin qayğısı ilə əhatə olunub və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi altında  bundan sonra da bu siyasət uğurla davam etdiriləcəkdir.

Tədbir zamanı 800 nəfər ailəyə sovqat paylanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA