15-03-2016 [13:23]
Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatını Milli Məclisə təqdim edib.
Mia.az Modern.az-a istinadən xəbər verir ki, baş nazir bildirib ki, ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb:
"2015-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul real ifadədə 1,1% artıb. 2015-ci ildə ölkənin qeyri-neft sektoru 10% artıb. Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55%-i qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib".
Hökumət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycanda qeyri kənd təsərrüfatı sahəsini inkişaf etdirilməsi məqsədi ilə 269 sənaye müəssisəsi yaradılıb:
"Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Bu məqsədlə bir sıra layihələr həyata keçrilməkdədir. Artıq bu məqsədlə regionların sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan 3-cü dövlət proqramı icra olunmaqdadır.
Biz qeyri- neft sektorunun inkişafında şaxələndirməyə böyük önəm veririk. Belə ki, təkcə aqrar sahəyə deyil, eyni zamanda sənaye, maşınqayırma, gəmiqayırma, kosmik sahə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində işlər görülür. Məhz bunun nəticəsində 2015-ci ildə qeyri-neft sektoru 70 faizədək inkişaf edib. Təkcə 2015-ci ildə 269 müəssisə yaradılıb. Biz bundan sonra da bu sahənin inkişaf olunmasına çalışacağıq”.
Baş nazir vurğulayıb ki, ötən hesabat dövründə Azərbaycanda müasir formada beş qaçqın və məcburi köçkün şəhərciyi tikilib, istifadəyə verilib:
"Bu qəsəbələrə 15 mindən artıq məcburi köçkün və qaçqın köçürülüb. Qəsəbələrədə bütün sosial şərait yaradılıb. Bu qəsəbələrin salınmasına 430 milyon manat vəsait xərclənib”.
Baş nazir qeyd edib ki, ordunun müasir silah-sursatla təmin edilməsi istiqamətində müvafiq addımlar atılıb:
"Silahlı Qüvvələrin işğalçı tərəfə verdiyi cavablar bunu bir daha sübut edir. Silahlı Qüvvələrə yardım Fonduna ianə kimi daxil olan məbləğ 70 milyon manatdan çox olub. Hərbi sənaye kompleksinin müəssisələrində müdafiə təyinatlı məhsullar istehsal edilir.
Neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlər arasında müşahidə edilən geosiyasi proseslər ziddiyətli durum yaradıb. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, uğurlar əldə edilməsi o qədər də asan deyil. Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkənin inkişafına, xalqın rifahına və əmin-amanlığına nail olacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi