Prezident İlham Əliyevi Ərdoğan belə qarşıladı - VİDEO

img

15-03-2016 [13:04]


Xəbər verdiyimiz kimi, Azərbaycanın dövlət başçısı İlham Əliyev bu gün Türkiyənin paytaxtı Ankaraya yola düşüb. 

Ölkə üçün gərgin keçən günlərə baxmayaraq, Ankarada Azərbaycan prezidentini xüsusi hörmətlə qarşılayıblar. 

Xatırladaq ki, əslində bu gün Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə gəlməliydi. Ancaq martın 13-də baş verən dəhşətli terror aktıyla əlaqədar olaraq prezident Rəcəb Tayyib Ərdoğan Bakıya gələ bilməyib. 

Buna qarşılıq olaraq İlham Əliyev görüşün Ankarada baş tutması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Türkiyə rəsmiləri tərəfindən məmnunluqla qarşılanıb(Musavat.com)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA