MTN generalının villasında işləyən iki qardaş həbs edilib

img

15-03-2016 [11:20]


Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiqrəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş iki qardaş həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə qardaşların vəkili Adəm Məmmədov bildirib.

A.MəmmədovAslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlunun həbsi ilə əlaqədar üç aya yaxındır ki, onların hüquqlarınımüdafiə etdiyini bildirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq,bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üçay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs müdəti iki ay uzadılıb. Vəkil qardaşların həbsini qanunsuz sayaraq Aslanovlar qardaşları ilə bağlı baş prakorurunun I müavini Rüstəm Usubova şikayət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA