Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edib

img

17-03-2010 [04:16]


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin dəvəti ilə mart ayının 18-dən dost ölkədə rəsmi səfərdə olacaq. Dövlət Komitəsinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları ilə əlaqələrin inkişafı, həmçinin din sahəsinə aid qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, Dövlət Komitəsi və Səudiyyə Ərəbistanı Krallığının İslam işləri üzrə strukturları arasındakı əməkdaşlığın perspektivi ölkələrimiz arasındakı mövcud münasibətlər kontekstində öyrəniləcək. Rəsmi səfərin proqramında Hidayət Orucovun ?Heydər Əliyev və Azərbaycanda milli siyasət? kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçiriləcək. Səfər proqramına dövlət və hökumət nümayəndələri ilə yanaşı, Krallığın elm və mədəniyyət xadimləri, Diplomatiya Universitetinin müəllim və tələbə heyyəti ilə görüşlər də daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA