15-03-2016 [09:44]
Martın ilk həftəsində ölkə başçısının sərəncamları ilə Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları vəzifələrindən azad olundular, Yardımlının icra başçısı isə Salyana rəhbər gətirildi.
Bu prosesin davamlı olacağı, hakimiyyətin kadr islahatlarına başladığı deyilirdi. Xalqın narazı olduğu icra başçılarının bir-birinin ardınca vəzifələrindən uzaqlaşdırılacağına inam yaranmışdı. Hətta vəzifələrini itirəcək icra başçılarının adları da mətbuatda hallanmağa başladı. Amma prosesin dayandığını desək, yanılmarıq.
Ekspertlərin icra başçılarının "təmizlənməsi” islahatları ilə bağlı proqnozlarında ikitirəlik yaranıb. Onların bəziləri hesab edirlər ki, Azərbaycan hakimiyyəti bu prosesi mərhələli şəkildə aparmaq istədiyinə görə hələlik fasilə verib. Bir qisim isə iddia edir ki, ölkə iqtidarı kütləvi şəkildə rayon rəhbərlərini vəzifələrindən uzaqlaşdırmaqdan ehtiyatlanır, daxildə narazılıqlar baş qaldıra bilər. Çünki hər rayonun icra başçısı konkret hakimiyyətdaxili müəyyən qruplara bağlıdır...
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, deputat Fərəc Quliyev icra başçılarının vəzifələrindən uzaqlaşdırılmalarının kampaniya xarakterli olmadığını bildirib:
"Hər hansı bir məmur işinin öhdəsindən gəlmirsə, müvafiq cəzasını almalıdır. Belə şəxslər nazir, icra başçıları və hər hansı bir səlahiyyətli məmur ola bilər. İşini yerinə yetirə bilməyənlər vəzifələrini itirirlər, hətta həbs belə olunurlar. İcra başçılarının çıxarılmasından 10 gün keçib və yenilərinin çıxarılmamasını faciəyə çevirmək lazım deyil. Çünki bu proses kampaniya xarakteri daşımır. İslahatlar paketi ortaya qoyulubsa, müəyyən şəxslər vəzifələrindən azad olunursa, bu prosesə mane olanların zərərsizləşdirilməsi prosesi aparılırsa, inanıram ki, ölkə başçısı tərəfindən davamlı olacaq. Kimliyindən mane olmayaraq, bu prosesə mane olmaq istəyənlərin cəzalandırılması qaçılmazdır. Kimlərin işdən azad olunub-olunmaması ilə bağlı konkret fikir söyləyə bilmərəm. Çünki bu, prezidentin müstəsna səlahiyyətidir”.
Deputat bir çox məmurların dəyişdirilməsinə ehtiyacın olduğunu da qeyd etdi: "İslahatlara hazır olmayan, Azərbaycanın inkişafına mane olan, yeni dövrün çağırışlarına uyuşmayan bacarıqsız məmurlar var. Bu şəxslər heç gizlədilmir də. Bu baxımdan bəzi məmurların vəzifələrindən uzaqlaşdırılması prosesi davam edəcək. Başqa yol da yoxdur. Amma bu prosesin kampaniya xarakterli olması məqsədəuyğun olmazdı. Hamımız Azərbaycan vətəndaşıyıq. Hər gün keçən həyatımızda neqativləri biz də yaşayırıq. Hamımızın arzumuzdur ki, Azərbaycan oturuşmuş demokratik dövlətə çevrilsin. Bu baxımdan korrupsiyaya qurşanan məmurların ”təmizlənməsi"nə ehtiyac var. Prezidentin bu kursu davam etdirəcəyinə inamım tamdır. Ölkə başçısının çağırışları onu göstərir ki, ortada güclü siyasi iradə var. Həm hakimiyyət daxilində kadrların dəyişdirilməsi, həm çevik idarəetmə sisteminə keçilməsi, cəmiyyətin inkişafı üçün tətbiq olunan qanunlar onu göstərir ki, mane olan personaların proseslərdən kənarda qalmaları labüddür".
Politoloq Natiq Miri isə hesab edir ki, icra başçılarının "yarpaq tökümü” prosesi dayanmayıb:
"Amma davamlı olmasının müsbət nəticələnəcəyini də düşünmürəm. Çünki bu vəzifəyə təyinatın dəyərləri dəyişməlidir. Bizdə isə tamam fərqli situasiyadır. Hakimiyyətə sadiqlik prosesi, yaxud daxildə müəyyən şəbəkəyə bağlılıq əsas götürülür. Ona görə də həmin icra başçıları xalq üçün çalışmırlar. Təşəbbüskar gənc belə icra başçısı təyin olunsa, müsbət effekti olmayacaq. Ola bilsin ki, sistemvari dəyişiklik nəticəsində bəzi icra başçıları vəzifələrini itirsinlər. Amma indiki vəziyyətdə hakimiyyətin ”kadr bankı"nın yetərincə olduğunu düşünmürəm. Bunun olması üçün müəyyən qədər zaman lazımdır".
Politoloq iqtidarın kütləvi şəkildə icra başçılarının çıxarılması prosesindən ehtiyatlanmadığını düşünür:
"Vəzifəsini itirən istənilən şəxsin hakimiyyətə qarşı çıxmaq lüzumu yoxdur. Çünki zamanında bu tipli şəxslər müəyyən qanunsuzluqlarda iştirakçı olduqlarına görə onların həbs edilmələri an məsələsidir. Ona görə də sabiq məmurlar, sadəcə, susmağa məcbur olurlar. Bu baxımdan hakimiyyətin çıxarılan məmurlarla bağlı əndişəyə düşəcəyini düşünmək doğru deyil. İstənilən naziri belə hakimiyyətin bir anda bitirmək şansı var. Bunları düşünsək, qarşıdakı zamanda icra başçılarından bəzilərinin vəzifələrini itirəcəklərini düşünmək olar. İstənilən rayona gedib, onların bölgələrdə törətdikləri qanunsuzluqların şahidi olmaq olar. Əhali icra başçılarından cana doyub. Ona görə də onların vəzifələrindən uzaqlaşdırılmaları nəinki hakimiyyət üçün təhlükə törədir, əksinə, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Sadəcə, yeni vəzifəyə təyinat alanlar perspektivli, əhalini düşünən olmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi