14-03-2016 [22:14]
Azercell Telekom MMC-nin dəstəyi ilə ölkəmizdə daha bir maraqlı yarışma baş tutub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə "Barama HackDay 2016” layihəsi martın 10-dan etibarən gənc proqramçıları bir araya toplayıb.
Barama HackDay 2016 tədbirinə ilkin olaraq 43 komanda (hər komandada 3 nəfər olmaqla) müraciət edib və münsiflər heyyətinin qiymətləndirməsindən sonra 13 komanda yarışmada iştirak hüququ qazanıb. "Pyhton və proqramlaşdırmanın əsasları” adlı təlimlə start götürən tədbirin yarış hissəsi 12 Mart 09:00-dan etibarən başlayıb və 36 saat davam edib.
Proqramçılar bu müddət ərzində yarışın "Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyiblər.Yarışmada iştirak edən komandalara "qida” sektoru ilə bağlı mövzu təqdim olunub. Heyətlərində dizayner, front-end developer, backend developer olan komandalara verilən mövzuya uyğun olaraq 36 saat ərzində web resurs yaratmaq tapşırılıb.
14 mart tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayaraq hazırladıqları resursları münsiflər heyyəti qarşısında təqdim ediblər. "Works On My Machine” qalib komanda üzvləri Önər Əlili, Eldar Ələsgərov, Rauf Əliyev "Huawei mate s” smartfonları ilə mükafatlandırılıblar. 2-ci və 3-cü yerlərin sahibi olan "YUSOFT” (Elşad Pirimov, Rüfət Babakişiyev, Hikmət Qurbanlı) və "Bet265” (Məzahir Eyvazlı, Rəhman Məmmədov, Xumar Musayeva) komandalara isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub.
Xatırladaq ki, yarış müddətində proqramçıların yemək təminatını "PizzaMizza” şirkəti öz öhdəsinə götürüb. Tədbirin rəsmi informasiya dəstəyini isə "technote.az” informasiya portalı həyata keçirib.
Məlumat üçün bildirək ki, bütün dünyada məşhur olan "Hackathon” müəyyən bir mövzu ilə bağlı proqramçıların bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün "party” (bayram) sayılan bu tədbirin əsas məqsədi yeni "hacker”, yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır. ![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi