?Borçalı? Cəmiyyəti fəaliyyət proqramının əsaslarını qəbul edib

img

17-03-2010 [03:23]


Bu gün Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qurumun fəaliyyətinin proqramları ilə bağlı tədbir keçirilib. Öncə cəmiyyətin İdarə Heyətinin sədri Zahir Əlisoy qeyd edib ki, Gürcüstanda problemlər kifayət qədər artıb. Onun sözlərinə görə, hər bir ziyali oz kəndi ilə bağlı problemlərlə maraqlanarsa, bu məsələləri həll etmək olar. Daha sonra çıxış edən Zəlimxan Məmmədli bildirib ki, ortaya cıxaralan proqramın əsas hissəsi təşkilati işlər, humanitar fəaliyyət, sosial və iqtisadi məsələlər, mətbuat, informasiya siyasət qurumlarının işləridir: ?Biz 34 kənd üzrə inzibati vahidlər müəyyən etmişik. Təşkilatlanma işimiz başa çatıb. Borçalıda 124 inzabiti vahid var bu ilin ortalarınadək 50% keçərək Borçalı Cəmiyyətinin hər kənddən seçilmiş səlahiyyətli nümayəndələr və bir qrup nüfuzlu yaradıcı insanlardan ibarət Borçalı Cəmiyyətinin məclisi keçiriləcək. Borçalı güclənərsə, aha çox mülk sahibi olarsa, ictimai ? siyasi proseslərdə iştirak edərsə, QHT sektorunda, media qurumlarında təmsil olunarsa, Gürcüstana təsiri və gələcəkdə parlament seçkilərində daha ciddi nailiyyətlərə gətirib çıxarar. Borçalının 15 kəndində tədris gürcü dilindədir. Bunların sayı 30 minə yaxındır. 100 nəfərdən sorğu apardıq və 40 nəfərin adı gürcü dilindədi. Bu problemlər öz həllini tapmalıdır, bu səbədən ilkin ana dili və ədəbiyyat fakultətiv kurslar yaradılmalıdır. Borçalı elm mərkəzinə çevrilməlidir?. Zəlimxan Məmmədli onu da söyləyib ki, hazırda Borçalı Cəmiyyətində 3 minə yaxın ziyalı toplanıb: ?Bu, böyük gücdür. Biz toponimlərlə bağlı xüsusi bir proqram işləmişik . Serial tədbirlərimiz var. 2009 ilin 1-ci rübü ilə axırıncı rübü arasında böyük fərq var. Şagirdlərin sayına görə 2009 ilin birinci kvartalında 27442 nəfər, axırıncı kvartalında 33111 nəfər artım var. Növbəti ildə isə 40 minə çatdıracağımıza əminik. Əsas hədəf Şida-Kartli bölgəsidir Bu mərkəzi Qori şəhəridi. Borçalı Cəmiyyətinin sədri və nümayəndə heyəti bütün tədbirlərdə iştirak edəcək. Səfər ərəfəsi Borçalıda yaşayan ziyalılar və rəsmilərlə görüşlər nəzərdə tutulub. ?Borçalı? Cəmiyyəti fəaliyyət proqramının əsaslarını qəbul edib. Proqramm 9 əsas bölmədən ibarətdir. 1.Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri. 2. Bu bölməyə aşağıdakı müddəalar daxildir- Ümumi müddəalar təşkilatı işlər Əlaqəıər sahəsində Humanitar fəaliyyət Sosial və iqtisadi məsələlər Mətbuat informsiya işi təbliğat və hüquq 3.İdarəetmədə Vahid mərkəz modeli 4.Borçalı Cəmiyyətinin taktiki və strateji hədəfləri 5.Gürcüstanda fəaliyyət göstərən Azərbaycan-turk dili ümumtehsil məktəblərində təhsil prossesinin təkmilləşdirilməsi haqda proqram 6.Gürcü dilinin düvlət proqramı və onun tətbiqi məsələləri 7.Toponimlərlə bağlı məsələ 8.Gürcüstanda Azərbaycan türk kənd və rayonlarında problemlər 9.Gürcüstan rayon və şəhərlər üzrə Azərbaycan ? türkdilli məktəblərdə 1989 1999 2009 ?cu illər üzrə vəziyyətin müqayisəli təhlili. Rəhilə Manafova

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA