14-03-2016 [14:43]
Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşıdır.
Bu barədə report-a M.Quliyevin yaxınlarından biri məlumat verib.
Məlumata görə, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.
Məlumata görə, Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir.
M.Quliyev açıqlamasında qardaşı ilə bağlı şikayətdən xəbərsiz olduğunu deyib: "Hazırda xarici ölkələrdən birində istirahətdəyəm”.
S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.
Lent.az-ın əldə etdiyi məlumata görə, müraciət əsasında Xətai rayon Prokurorluğunda cinayət işi açılıb və işin istintaqı Xətai rayon Polis İdarəsinə tapşırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev martın 3-də imzaladığı sərəncamla Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
*****
Bakı şəhərində Saleh Əliyev adlı məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan Hümbət Səfərov eksklüziv olaraq Modern.az saytına danışıb.
H.Səfərov saytımıza açıqlamasında deyilənlərin böhtan olduğunu vurğulayıb:
"Bunların hamısı şərdir, böhtandır. Heç bir sənəddə Saleh Əliyevin adı, soyadı, heç izi də yoxdur. O adam yalnız onun-bunun üzünə durmaqla iş aparır”.
H.Səfərov şadlıq evinin alqı-satqısı məsələsinin həqiqətən baş verdiyini bildirib:
"Bəli, şadlıq evi alqı-satqısı olub, amma başqa bir adamla, Famil adlı şəxslə. Şadlıq evi Familin adına keçirilib. Saleh orada sadəcə işçi olub, onun heç bir səlahiyyəti yoxdur. İndi durub nələrəsə iddia irəli sürür.
Hazırda tərəfimizdən sənədlər hazırlanır. Onu məhkəməyə verəcəyəm. Etdiyi əməllərə görə məhkəmədə cavab verəcək”.
H.Səfərov "bəs həmin şəxs də sizi məhkəməyə verib və sizə qarşı dələduzluq maddəsilə cinayət işi açılıb” sözlərinə "kim nə eşidir yazır. Bu o demək deyil ki, hamısı həqiqətdir. Çox şey deyilir. Ölkəmizdə saytlar da çoxdur, kiminsə ağzını yummaq olmur. Hər halda həqiqət öz yerini tutacaq. Mənə qarşı heç bir cinayət işi açılmayıb”,-deyə bildirib.
O, həmçinin Cəbrayılın sabiq başçısı Mahmud Quliyevlə doğma qardaş olduqlarını təsdiq edib:
"Qardaşımı danmaq fikrim yoxdur. O vaxtı soyad itməsin deyə, mənim soyadım Səfərov olub. Qeyd edim ki, bu məsələlərdə qardaşımın heç bir aidiyyatı yoxdur. Biz heç danışmırıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi