14-03-2016 [12:13]
Məlum olduğu kimi, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikada maliyyə analitiki olan Yuri Şvetsin Ukraynanın "Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifovu ABŞ, Türkiyə və Rusiyanın agenti olması iddia edib.
Çox maraqlıdır ki, bu ağır ittiham və iddialara hələ də maliyyə naziri susur. Yalnız Maliyyə Nazirliyinin mətbuat xidməti isə "üçqat agent” məsələsinə "Cəmi 3 ölkə? Bəs Mossad?”, - deməklə bu ittihamları ciddiyə almadıqlarını göstərmək istəyib.
Lakin faktdır ki, bu ittihamlar Samir Şərifovu indiki həssas məqamda həddən artıq pis vəziyyətdə qoyub.
Bu və ya digər məsələlərlə bağlı Mia.az-ı məlumatlandıran mənbə deyir ki, Samir Şərifovun "üçqat agent” adlandırılmasını təkcə beynəlxalq güclərin savaş kimi qiymətləndirmək lazım deyil: "Ola bilər ki, bu məsələdə, ümumiyyətlə, kənar güc və təsirlərin rolu da yoxdur. Sadəcə, müsahibənin axarına uyğun olaraq, Yuri Şvets Samir Şərifovla bağlı belə danışıb. Yox, illahda burda kənar təsir axtarmaq lazım gələcəksə, düşünürəm ki, bu, Azərbaycanın daxilindəki durumla bağlı ola bilər”.
Məlumatlı şəxs deyir ki, 2006-cı ildə gözlənilmədən maliyyə naziri təyin edilən Samir Şərifoun adı illərdir baş nazir postuna hallanır: "Elə Azərbaycandakı bir sıra ekspertlər də buna işarə vuraraq, Yuri Şvetsin müsahibəsində iki yerdə bu məqamı xatırlanmasını əsas gətirərək, diqqəti bu istiqamətə yönəldirlər. Bəli, bu gün Azərbaycanda olan hakimiyyətiçi qrupların əksəriyyəti Samir Şərifovu baş nazirliyə daha şanslı namizəd bilirlər. Ən azı ona görə ki, bəzi qruplar hakimiyyətin ən yüksək pillələrində ona olan dəstəkdən xəbərdardırlar. Əgər bu dəstək olmasaydı, yəqin ki, "Beynəlxalq Bank işi”nə görə o da çoxdan cəzalandırlmalıydı. Ancaq bu, baş vermədi. Hansı ki, Beynəlxalq Bankdan oğurlanan və ya qeyri-qanun açılan kredit tranşlarında həmin bankın 50 faizindən çox səhminə nəzarət edən, eyni zamanda, həmin bankın müşahidə şurasına rəhbərlik edən müavini Azər Bayramova görə Samir Şərifov qanunla məsuliyyətini daşımalıydı. Lakin qeyd etdiyimiz kimi, hansısa qüvvə onu xilas etdi. Bu isə onun baş nazir təyin ediləcəyinə inamı gücləndirib”.
Məlumatlı şəxs deyir ki, xarici mətbuatda "üçqat agent” xəbərinin yayılması və bunun ölkə mediasında geniş tirajlanması isə Samir Şərifovun baş nazir iddiasını önəmli ölçüdə zədələyib: "Hesab edirəm, bu agent iddiası Samir Şərifovun həyatına qara ləkə kimi öz damğasını vurdu. Eyni zamanda, onun gələcək yüksəlişinə böyük zərbə oldu. Yəni bundan sonra ciddi dairələrin ona sonsuz etimad göstərməsi ən azı müşkil olacaq. Məsəl var, deyərlər ki, adamın işinə şübhə qurdu düşməsin, düşdüsə, artıq ondan xilas olmaq çətindir. Bəli, bundan sonra Samir Şərifova da belə şübhə ilə yanaşacaqlar. Və zənnimcə, bu şübhə də onun iqtidarın ikinci adamı olmasına maneə yaradacaq. Bu isə o deməkdir ki, "üçqat agent” ittihamı maliyyə nazirinin rəqiblərinin işinə yarayacaq”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi