Nazirdən daha bir dəyişiklik əmri - Suat Paşayevə vəzifə verildi

img

14-03-2016 [10:40]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan ən böyük müəssisələrindən biri - "Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub.

Mia.az APA-ya istinadən xəbər verir ki, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, S.Paşayev buna qədər "Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.

Xatırladaq ki, bu təyinata qədər "Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M.Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən "Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA