Ankarada daha bir qanlı terror: 27 ölü, 75 yaralı var FOTO - YENİLƏNİB

img

13-03-2016 [21:40]


Bu gün Türkiyənin paytaxtı Ankarada qanlı partlayış baş verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə 20.35-də Ankaranın mərkəzində – Qızılay meydanında baş verən partlayış nəticəsində çoxlu sayda yaralanan olub. 

İlkin məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb. Partlama ərazisində 10-a yaxın avtobus dayanacağının olması yaralıların sayını artıran əsas faktor kimi önə sürülüb.

Məlumata görə, partlayışda çoxlu maşınlar da yanıb və yaxud zərər görüb. İki bələdiyyə avtobusu ilə bir şəxsi avtomobil tamamilə yanaraq, istifadəyə yararsız hala düşüb.

Bu dəqiqələrə olan məlumata görə, qanlı terrorda 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

Qanlı terrorun bir maşına yükələnmiş bomba ilə partladılması aydın olub. Qanlı olayı hansı terror təşkilatının törətməsi hələki açıqlanmayıb...

 Ərazi polis gücləri tərəfindən nəzarətə alınıb. 

Araşdırmalar gedir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA