13-03-2016 [20:15]
"Dollarla kredit problemini yalnız bir qurum üzərinə atmaq düzgün deyil. Problemin ağırlığının bir hissəsi banklar, bir hissəsi hökumət, bir hissəsi isə əhalinin üzərində olmalıdır. Belə olsa, problemi həll etmək daha asan olar”.
Bunu millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, bu sahədə mövcud çatışmazlıqları hüquq müstəvisində, Konstitusiyanın tələblərinə uyğun, lazım olsa Mülki Məcəlləyə dəyişiklik etməklə aradan qaldırmaq olar:
"Mülki Məcəllənin konkret müddəalarından çıxış edərək, bu prosesin yumşaldılması istiqamətində addımlar atılmalıdır. Konstitusiya Məhkəməsinin qərarının II hissəsində bankların bilavasitə vətəndaşlara güzəşt etməsi məsələsi tövsiyə olunur. Sözügedən güzəştlər haqqında düşünülməlidir. Misal üçün 1000 dollara qədər kreditlərlə, 10000 dollar və ondan çox məbləğdə kreditlər arasında yanaşma tərzi fərqli olmalıdır”.
Ə. Məsimli qeyd edib ki, sözügedən problem daha çox pensiyaçılara təsir edir: "Məktubların birində qeyd olunur ki, 155 manat pensiya alan şəxs xəstəxanalardan birində müalicə almaq üçün 700 dollar kredit alıb. Həmin şəxs 155 manatlıq pensiyasının 60 manatını bilavasitə borcun qaytarılmasına sərf edirdi. Lakin I devalvasiyadan sonra o, 80 manat, II devalvasiyadan sonra isə 120 manat ödəmək məcburiyyətində qalıb. Belə çıxır ki, 155 manat alan pensiyaçı ay ərzində 35 manatla ötüşməlidir. Bu mümkün deyil. Düşünürəm ki, bu cür hallar araşdırılmalı, ağırlığın bir hissəsini banklar öz üzərinə götürməlidir. Hansı kreditlər ölü vəziyyətində, qaytarılması mümkün deyil onları silmək də olar. 5000 dollara qədər kreditlər 1.05 manat nisbəti ilə qaytarıla bilər. Ondan yuxarı kreditlərin faizləri aşağı salına bilər, dollarla olan borclar manata çevrilə bilər. Sözügedən problemin həlli ilə əlaqədar mexanizmlər də hazırlana bilər”.
Millət vəkili vurğulayıb ki, dövlət başçısının fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məsələlərin həllində müsbət rol oynaya bilər: "Problemli kreditlər məsələsi ədalətli şəkildə həll olunmazsa, bir müddətdən sonra bankların bir hissəsi çökə bilər. Bank iqtisadiyyatın qan-damar sistemidir. Qan-damar sistemi işləməsə, iqtisadiyyat da işləməz. Bunun qarşısını bankların sağlamlaşdırılması ilə almaq olar. Bankların sağlamlaşdırılması isə yalnız problemli kreditlərin həlli məsələsindən keçir. Düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da bu problemin həllinin sürətləndirilməsi istiqamətində addımlar atacaq”.
Sia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi