Prezident Yəhudi Komitəsinin nümayəndə heyətini qəbul etdi - FOTO

img

13-03-2016 [16:16]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin maraqlı olacağına və ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi. Devid Harrisin ölkəmizin yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da önəmini qeyd etdi.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğuladı. Devid Harris təmsil etdiyi təşkilatın Azərbaycan ilə ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.



Xəbər 395 dəfə oxunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA