QHT fəaliyyətinin izıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edilib

img

17-03-2010 [02:07]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edir. Müsabiqənin mövzusu: ?Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri? Müsabiqənin şərtləri: Müsabiqədə KİV-də çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqəyə hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir. Məqalələr 2010-cu ilin mart, aprel, may və iyun aylarında gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli və aşağıdakı qeydlə müşayiət olunmalıdır: ?Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılması həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün?. Məqalə 7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir. Başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur. Məqalə müsabiqəyə aşağıdakı qaydada təqdim edilməlidir: 1.Məqalənin çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılmış surəti ?çap versiyası; 2.Məqalənin əlyazması (müəllif imzası olmadan) ? 3 nüsxə, şrift Times News Roman ? 12; mətbuatda çap edilmiş varianta adekvat; 3.Məqalənin elektron variantı; Əlavə edilməlidir: a)Şəxsiyyət vəsiqəsinin surəti b)Jurnalistin KİV-də çalışması haqda müvafiq arayış c)VÖEN surəti (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur: I yer (2 mükafat) ? Hər biri 1000 AZN II yer (2 mükafat) ? Hər biri 800 AZN III yer (2 mükafat) ? Hər biri 500 AZN Bunlardan əlavə jurnalistlərə hər biri 100 AZN məbləğində 10 həvəsləndirici mükafat veriləcəkdir. İddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən etibarən 1 iyul 2010-cu ilədək Şuranın katibliyinə təqdim edə bilərlər. Məsul şəxs: Səfər Alışarlı Münsiflər heyəti tərəfindən qiymətləndirmə peşəkar jurnalistika meyarları üzrə aparılacaqdır. Əlavə məlumat üçün 012 493-17-32; 012 493-17-80; 050 640-10-06 nömrəli telefonlarla zəng vurmaq olar. Şuranın ünvanı: Bakı, Fikrət Əmirov küçəsi -1 (2-ci mərtəbə).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA