İcra başçısının bacısı oğlu yol qəzasında öldü, 4 nəfər ağır yaralandı

img

12-03-2016 [13:39]


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun ailəsində faciə baş verib. İcra başçısının bacısı oğlu yol qəzasında dünyasını dəyişib.

Mia.az ANS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Tərtər İcra Hakimiyyətindən təsdiqlənib.

Bildirilib ki, hadisə Yevlaxda baş verib.

"Rəhmətə gedən Yevlax sakini olub. Onun 26 yaşı var idi. Hazırda Müstəqim müəllim yas mərasimindədir", – deyə qurum rəsmisi bildirib.

Qəza ötən gecə Aran-Mingəçevir avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Eyvazağa oğlu idarə etdiyi "Mercedes” markalı, 66-BE-972 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücü elə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəzaya düşənlər qohumlarının nişan mərasimindən qayıdırmışlar.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA