Prezident İlham Əliyev sərəncam verdi, "Tədbirlər Planı” təsdiq edildi

img

11-03-2016 [18:26]


Bu gün Prezident İlham Əliyev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq, aşağıdakı qərara verilib:

1. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA