Azərbaycanda təhlükəli ərazilərə nəzarət olunacaq

img

11-03-2016 [18:04]


"Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"n nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.

Bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O, ölkə başçısının təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında sərəncamı xatırladıb. Bildirib ki, sənədin icrasına başlanılıb və akademik sərəncamdan irəli gələn məsələlərin həlli üçün işçi qrupunun yaradılıb. Onun sözlərinə görə, xəritələr CİS texnologiya əsasında hazırlanıb, onların siyahısı və məzmunu müəyyənləşdirilib, müvafiq məlumatlar toplanaraq yol xəritəsi hazırlanıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmisi Tariel Hüseynov bildirib ki, Azərbaycanda fövqəladə hallar atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlayıb və prezidentin məlum Sərəncamından sonra sürətlənib. Tariel Hüseynov vurğulayıb ki, atlasın nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA