11-03-2016 [18:00]
2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirərək, əlil olmuş əsgər Sərxan Tahirzadənin iş üçün yanına gəldiyi deputat Rüfət Quliyevin bu zaman ona münasibətdə sərgilədiyi insana yaraşmayan davranış cəmiyyətdə narazılığa səbəb olub.
Bu barədə Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev əsgərlərimizə, müharibədə əlil olanlara xüsusən də özlərini millət vəkili adlandıranlar tərəfindən ögey münasibət bəslənilməsinin yolverilməz olduğunu bildirdi: "Rüfət Quliyev kimi deputatların gərək özləri, övladları, qohumları hərbidə iştirak etsin ki, orduda qulluq edən insanların qədrini də bilsinlər. Onlar isə nə özləri, nə də qohumları hərbidə iştirak etməyiblər. Belədə R. Quliyev kimiləri ordumuza, Azərbaycan dövlətçiliyinə də dırnaqarası baxan adamlardır. Onlar tamamilə yad insanlardır. Bəlkə də bizdən olmayan adamlardır. Deputatların ordumuzun əlil olan əsgərinə belə münasibəti yolverilməzdir. Rüfət müəllim gərək o hala yol verməyəydi. Gərəkdir ki, o da Azərbaycan ordusunun hər bir əsgərinə özünün dostu, qardaşı kimi yanaşsın. Ona görə də insanları bölgələr, seçici dairələri üzrə seçməyək. Bu baxımdan da R. Quliyevin ordumuzun əlil olmuş vətəndaşına münasibəti tamamilə yanlışdır. Millətimi sevən bir insan olaraq onun üçün həmişə alışıb yanıram. İki əmim oğlu orduda xidmət edərək şəhid olub, ikisi də Milli Qəhrəmandır. Onlardan biri də Hacıyev Etibardır. Ona görə də biz bu hissləri başa düşür, itkinin nə olduğunu da bilirik. Həmin Sərxan Tahirzadənin imkanı varsa, gəlsin, özümüz kirədə qalsaq da, hər halda anamızın təqaüdündən tapıb ona kömək edə bilərik. Deputatları belə həssas məsələlərdə ciddi düşünməyə dəvət edirəm. Torpaqlarımızın 20 faizi düşmən əlindədir, bizə vuruşan ordu lazımdır. Şəhid olan, döyüşdə ayaqlarını itirən, canında qəlpə yarası gəzdirən insanlara bu cür münasibət bəslənilməsi yolverilməzdir. Yanıma gələn əksəriyyəti də qaçqın rayonlarından olan Qarabağ veteranları Qaçkınkomda ögey münasib bəslənildiyindən şikayət ediblər. Bu qurum onlara düşən mənzilləri vermək əvəzinə, pul istəyirlər. Ölkədə Qarabağ veteranları və əlillərinə belə münasibət göstərilsə, hərbiyə heç kim getməyəcək. Deputatlar Qarabağ qazilərinə, əlillərinə münasibəti tamamilə dəyişməli, onların hərtərəfli qayğısına qalmalıdırlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi