11-03-2016 [16:44]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mia.az-a müsahibə verib. MMP sədri öncə son kadr dəyişiklikləri barədə danışıb.
- İşdən çıxarılan icra başçıları çoxdan vəzifədən kənarlaşdırılmalı idilər. Bu adamlar onlara göstərilən etimadı doğrultmaq əvəzinə, ciblərini doldurmaqla məşğul olublar. Vaxtiylə mənim işçim olan Salyanın icra başçısı ən böyük dələduzlardan idi. Onun Daşkəsəndəki villasının qiymətinə bir il pensiyaları vermək olar. Yəni, bu cür dələduzların işdən çıxarılması düzgün addımdar. Amma bir məsələni qeyd etmək istəyirəm ki, bu cür dəyişiklikləri islahat adlandırmaq olmaz. İstərdim ki, Azərbaycanda köklü islahatlar getsin, ciddi kadr dəyişikliyi həyata keçirilsin. Öncə hökumətdən başlamaq lazımdır. Görürsünüz ki, hökumət üzvləri ilə bağlı hansı faktlar ortaya çıxır. Kimlərin agent olması üzə çıxır. Açığını deyim ki, bu gün Azərbaycan dövlətçiliyi təhlükə altındadır. Məmurların əksəriyyəti ayrı-ayrı dövlətlərin agentura şəbəkələri ilə işbirliyindədirlər.
- Hafiz müəllim, bəlkə bir az konkretləşdirək, konkret adlar çəkəsiniz?
- Xeyr. İstəmirəm ki, kiminsə adını çəkim. Çünki ad çəkən kimi deyirlər ki, Hafiz Hacıyev bizə böhtan atır. Mətbuat da yazdı ki, maliyyə naziri Şərifov iki-üç dövlətin agenti çıxıb. Xarici işlər nazirinin müavini də onun kimi. Hərəsi bir tərfə işləyir. Belə bir məqamda əziz qardaşım İlham Əliyev nə etməlidir? Hansını tərpədirsən, işlədiyi dövlətdən səs çıxır. Eldar Mahmudov nümunəsi də ortadıdır. Hakimiyyətin də içində bir neçə qrup var ki, bir-birini qırırlar. Samir Şərifovla bağlı faktların ortaya çıxmasını başqa yerdə axtarmaq lazımdır. Hərə öz kanallarından istifadə edərək bir-birinin paxırının üstünü açır. Ona görə də məsələyə ciddi yanaşmaq lazımdır. Bir-iki başçının işdən çıxarılması islahat demək deyil. Rayon icra başçıları var ki, gecələr qumar oynayırlar, eyş-işrətlə məşğul olurlar. Bu gün gün icra başçılarının və məmurların mənfur əməllərinə görə prezident hədəfə gəlir. Bu millətin canını bu kadrlardan qurtarmaq lazımdır. Ümumiyyətlə, islahat aparıb yararsız məmurların hamısını istefaya göndərmək lazımdır.
«Bu gün Azərbaycan dövlətçiliyi təhlükə altındadır. Məmurların əksəriyyəti ayrı-ayrı dövlətlərin agentura şəbəkələri ilə işbirliyindədirlər»
- Bir məqama diqqət yetirmənizi istərdim. Bu günlərdə Maliyyə Bazarların Nəzarət Palatası yaradıldı və yeni rəhmər təyin olundu. Amma bu vəziyəyə yeni şəxs gətirilmədi. Sizcə, komandaya cəlb eğtmək üçün yeni kadrlar, yoxdur, yoxsa başqa səbəblər var?
- Sizinlə tam razıyam. Təəssüf ki, son dövrlər irəli çəkilənlərin çoxu etniklərdir. Bəzilərinin ermənilərlə qohumluq əlaqələri var. Elə ona görə də əksəriyyəti ölkədə aranın qarışmasını istəyirlər. Kadr seçimində də axtarış olmadığına görə keyfiyyətsiz adamlar vəzifələrə təyin olunur. Dədə-baba misalı var ki, atın mıxını dəyişirlər, əvvəl bir tərəfi otlayır, sonra o biri tərəfi otlayır. Yəni, yararsız kadrların yerini dəyişməklə nəyəsə nail olmaq mümkün deyil. Azərbaycan xalqın artıq simasız məmurlardan beziblər, onları görəndə qıcaqlanırlar. Bu baxımdan, Siz haqlı məqama toxunmusuz. Bəyəm, Azərbaycanda kadrmı yoxdur? Sadəcə, peşəkar kadrların dayılara yoxdur ki, prezidentə təqdim eləsin. Bu məmurlar ancaq öz ciblərini doldurmaqla məşğul olublar, sağlıqlarına qismət olmasın, milyonluq villalar tikdiriblər. Bu günlərdə mənə məlumat veriblər ki, Milli Məclisin sədr müavinlərindən biri Türkiyədə 30-dan çox daşınmaz əmlak alıb. Hələlik ad çəkmirəm, amma məqamı gələndə konkret danışacağam. Son bir ayda Azərbaycandan 357 milyon pul çıxarıblar. Ona görə də ölkə iqtisadiyyatı günü gündən ağır duruma düşür.
- Sizcə, bu vəziyyət nə qədər davam edə bilər?
- Hesab edirəm ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Devalvasiyadan sonra hansı addım atılıb, hansı rayonda yeni iş yeri açılıb? Bunlar ancaq prezidentə yalan məlumat verməkdən başqa bir işlə məşhğul olmayıblar. Dolların məzənnəsi hər gün artır. Niyə də artmasın? Deyilənlərin, verilən tapşırıqların hamısı kabinetlərdə qalır. Prezident hər gün tapşırıqlar verir, xəbərdarlıq edir, amma məmurlar özlərini karlığa, korluğa qoyublar, eşitmək istəmirlər. Ölkədə proseslər idarəolunmaz vəziffətə gəlib çatıb. Qardaşım İlham Əliyev əlindən gələni edir, amma komandasındakı məmurların əksəriyyəti xəyatən içindədirlər. Bu səbəbdən də vəziyyət daha da pisləşir. Dollarla alınan məhsulların bahalaşmasını başa düşürük, bəs, yerli məhsulların qiyməti niyə qalxır. Bütün bunların arxasında məkrli niyyətli məmurlar dayanır. Onlar bu yolla camaatı prezidentdən narazı salmağa çalışırlar. Hökumətdəkilərinin başı bir-birinin ipini vurmağa qarışıb, ölkə iqtsadiyyatı çökməkdədir.
- Onda belə çıxır ki, qarşıdakı dövrdə vəziyyət daha da kritikləşəcək və gərginlik artacaq?
- Bəli. Mən bu barədə gözləntilərimi iki-üç ay əvvəl sizə müsahibəmdə demişəm. Aprel-may aylarından başlayaraq, ölkədə vəziyyət gərginləşəcək, etirazlar başlayacaq. Yuxardakı məmurlar bu sıxıntını bilmirlər, çünki hamısının qapısının ağzında onlarla mühafizəçi, evlərində qulluqçular. Amma camaatın vəziyyəti ağırdır. Ölkədəki vəziyyət hər an nəzarətdən çıxa bilər.
Bunun qarşısını almaq üçün heç bir iş görülmür. Apellyasiya şuraları yaradılır, icra başçılarının müavinləri sədr təyin olunur. Belə bir qurum hansı müsbət dəyişiklik edə bilər ki? Belə islahat aparmırlar. İslahat aparmaq istəyirlərsə, fundamental dəyişikliklər etmək lazımdır. Siyasi, iqtisadi, sosial, ümumiyyətlə, bütün sahələr üzrə dəyişiklər etmək lazımdır. Əgər ciddi islahatlara start verilməsə, vəziyyət çox pis olacaq. Burda 5-ci kalonun üzvlərinin müstəsna xidmətləri var. İmkan vermirlər ki, prezident islahatlar aparsın. Hesab edirəm ki, həmin məmurlar dərhal vəzifədən uzaqlaşdırılmalı, yeni simalar cəlb olunmalıdır. Biz bu yolda hər zaman əziz qardaşım İlham Əliyevin yanında olacağıq, ona xəyanət edənlərə qarşı mübarizə aparacağıq.
mia.azƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi